English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

MÜMBAİDƏ TERROR AKTI

AZOH: Hindistanın Mümbai şəhərində həyata keçirilən hücumlarda 21 nəfər ölüb, 113 nəfər yaralanıb.


Ölü və yaralı sayının arta biləcəyi bildirilir.


Təxminən eyni anda şəhərdə 3 ayrı yerdə partlayış törədilib.


Opera binası, şəhərin almaz mərkəzi olan Zaveri çarşısı və bir ticarət mərkəzində həyata keçirilən hücumlar axşam saatlarında, insanların çox olduğu zamanda baş verib.


Partlayışlar nəticəsində bəzi binalarda yanğın başlayıb.


Hindistanın daxili işlər naziri terror aktı ehtimalı üzərində durduqlarını deyib.


Xalqı sakitliyə çağıran nazir ən yüksək həyəcan siqnalı verildiyini açıqlayıb. ABŞ Mümbaidəki hücumları sərt açıqlama ilə qınayıb. Açıqlamada "Günahkarların ədalətə təslim edilməsi üçün dəstəyə hazırıq" sözlərinə yer verilib.


Türkiyə də Mümbaidəki hücumlarla bağlı açıqlama yayıb. Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyənin insanlığa qarşı cinayət olan terrorla mübarizədə Hindistan və bu bəladan əziyyət çəkən digər ölkələrlə həmrəylik içərisində olacağı bildirilib.



Qeyd edək ki, bu, Mümbaidə 2008-ci ildə 166 nəfərin ölümü ilə nəticələnən terror aktından sonrakı ən böyük hücumdur.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter