English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbrizdə 26 türk fəala həbs, pul və şallaq cəzası

Keçən bir həftə ərzində Qərbi Azərbaycan vilayətində 17 mədən işçisinə, Qəzvin vilayətində isə bir qonaqlıqda saxlanılan 35 qız və oğlana İran məhkəmələrinin hökmü ilə şallaq vurulması ardından Şərqi Azərbaycanda 26 türk fəalın həbs, pul cəriməsi və şallaq cəzası aldığına dair bir məhkəmə sənədinin surəti nəşr edilib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) mayın 31-də yaydığı bəyanatında Qəzvin və Qərbi Azərbaycanda şallaq hökmlərinin icrasını qınayıb. Qurum həmçinin şallaq cəzasının beynəlxalq insan haqları qanununa görə qadağan olunduğunu vurğulayaraq, İran rəsmilərini bu “qəddar, qeyri-insani və alçaldıcı” cəzanın tətbiqinə son qoymağa çağırıb.

    Cəza alanların 2015 ilinin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldıran kütləvi etirazlara qatılan türk fəallar və futbol azarkeşlərindən ibarət olduğu bildirilir.

​HRA agentliyi Təbrizdə “anti-irqçilik” mitinqlərinə qatılan türk fəallar və futbol azarkeşlərinə qarşı şallaq cəzası çıxarıldığını göstərən İran Cəza Məhkəməsi hökmünün surətini BMT bəyanatının nəşrindən bir gün sonra yayımlayıb.

Hakim Məhəmməd Əli Pirinin imzaladığı sənəddə 26 fəalın “hay-küy və qışqırıqla ümumi intizam və asayişi pozmaq” ittihamı ilə mühakimə edildiyi yazılıb.

HRA cəza alanların 2015 ilinin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldıran kütləvi etirazlara qatılan türk fəallar və futbol azarkeşlərindən ibarət olduğunu bildirib.

Hökmdə yazılanlara görə, məhkəmə Mehdi Şirzad, Hadi Hüseynzadə, Fərzad Heydəri, Əli Rəşidi, Məcid Nağızadə, Məcid Məhəmmədi Mollalar, Əmir Məhəmmədi, Şahin Şirnijad, Həsən Camali, Milad Purməhəmməd, İsmayıl Dehqani və Kərim Hüseynzadəni bir il həbs və 74 zərbə şallaq cəzasına məhkum edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı şallaq cəzasının beynəlxalq insan haqları qanununa görə qadağan olduğunu vurğulayaraq İran rəsmilərini bu “qəddar, qeyri-insani və alçaldıcı” cəzanın tətbiq edilməsinə son qoymağa çağırıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı şallaq cəzasının beynəlxalq insan haqları qanununa görə qadağan olduğunu vurğulayaraq İran rəsmilərini bu “qəddar, qeyri-insani və alçaldıcı” cəzanın tətbiq edilməsinə son qoymağa çağırıb.

Sənədə əsasən, həbs və şallaq cəzası alanlara qarşı qiyabi hökm çıxarılıb.

Digər muttəhimlərin isə gənc olub, peşmanlıq hissi keçirdikləri və keçmişdə cəza almadıqlarını nəzərə alaraq həbs və şallaq cəzalarının pul cəriməsinə çevrildiyi bildirilib.

Əmir Sirac Rzayi, Məmmədbağır Hərirçi, Əhəd İbrahimpur, Məcid Cəfərzadə, Mir Məhəmməd Babayi, Fərzad Nəsiri, Siyamək Məxmuri, Cavad Sultani, Yavər Sultani, Həsən İbrahimpur, Oruc Dehqani, Meysəm Xələfi Zəngi, Möhsün Hüseynzadə və Cahanbəxş Sultanzadə pul cəriməsi ödəməyə məhkum olan fəallardırlar.

Keçən ilin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından İran Azərbaycanı və Tehranda baş qaldıran kütləvi etirazlarda bir çox vətəndaş və fəal polis zorakılığına məruz qalaraq həbs edilib.

23 gənc qadın və kişidən ibarət olan başqa bir qrup həmin etirazlara qatıldıqları üçün keçən mart ayında eyni hakim tərəfindən 74 şallaq və bir il həbs cəzasına məhkum olunublar.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter