English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Alman Parlamentinin Türklərə qarşı aldığı yanlış qərarı qınayırıq: Ortaq bildiri

Orta Doğuda, böyük güclərin önündə, Türkiyə cümhüriyəti özgürlüyü və miili çıxarlarını qorumaq üçün siyasətlərini davam etdikcə sözdə Erməni soy qırımı türkiyəyə qarşı dəyişikli ölkələrdə gündəliyə gəlir.

Görünən o ki, Batı ölkələri başda Amerika olmaqla, Ruslarla birgə, Süriyənin Quzeyində Kürdüstan dövlətinin yaranmasına qərar almışlar. O əsasda üç Kürd Kantonları adlanan yerlərdə yaşayan yüzminlərcə Türkmən və Ərəb öz doğma vətənlərini tərk etməlidirlər və bu qeyri insani işi Batı ölkələri DAİŞilə savaşmaq adına gərçəkləşdirməkdədirlər. Ancaq, Türkiyə dövləti bu çirkin işə hərzaman qarşı çıxır günahsız insanları qorumuşdur və təbii bu davranış batı ölkələrini xoşlandırmaz.

Bu dəfə Türkiyəyə siyasi basğı, Alman Parlamentinin vasitəsilə ortaya çıxmışdir. Xatırlatmalıyıq son illərdə Bir milyona yaxın köçmənlərin Almaniya və digər avropa ölkələrinə köçmələri avropada Köçmənlərə qarşı olan sağ partiyaları daha gücləndirmiş. Ama Ana Türkiyə, tək başına 3.5milyon savaşlardan məcburi qaçan insana qucaq açır və dünyayə insansevərlik örnəyi olmuşdur.

1915 olaylarını dəyərləndirmək istəyiriksə onun doğru yolu, o illərdə Osman İmpratorluğuna hücüm edən güclərin ayrıca Türkiyə və Ermənistanın dövlət arxivlərinin açılması və tarixşünasların bu olayı tərəfsiz araşdırır sonra hüquqi qarar çıxarmasıdır. Türkiyə cümhüriyəti  arxivlərini açmış ancaq Rusiya, İngiltərə,Fransa ,Ermənistan və... arxivlərini açmadan, yalnız Parlamentlərdən gündəlik çıxarları üçün, Türkiyiəyə qarşı oyun oynamaqlarını davam edirlər.

Biz Güney Azəbaycan Demokrat Partıyası (GADP) və Azərbaycan Öyrənci Hərəkatı(AZOH) olaraq Türklərə qarşı bu çirkin oyunları şiddətliə qınayırıq və bu savaşda Türkiyə cümhüriyətinin yanındayız.

Azərbaycan Öyrənci Hərəkatı(AZOH)

Güney Azəbaycan Demokrat Partıyası (GADP) 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter