English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ŞƏHİDLƏRƏ SON VİDA

AZOH: Dünən Diyarbəkirdə şəhid olan 13 əsgər üçün bu gün Yeddinci Ordu Komandanlığında hərbi törən keçirilib.

Baş nazirin müavini Bəkir Bozdağ, daxili işlər naziri İdris Naim Şahin, Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker də törəndə iştirak edib.

Xain terrora dünyanın hər tərəfindən etirazlar da davam edir.

NATO-nun baş katibi Anders Foq Rasmussen Diyarbəkirdə 13 əsgərin dünyasını dəyişdiyi və bir çox əsgərin də yaralandığı hücumu şiddətlə qınayıb.

Rasmussen yazılı açıqlamasında hücumun alçaqca olduğunu bildirib və şəhid olanların ailələrinə başsağlığı verib.

Avropa Birliyi də Diyarbəkirdəki xain hücumu qınayıb. Birliyin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Aşton Türkiyənin terrorla mübarizəsini dəstəklədiklərini bildirib. Aşton 13 əsgərin xain hücumda şəhid olmasına üzüldüyünü və başsağlığı diləklərini xarici işlər naziri Əhməd Davudoğluna çatdırdığını deyib. Aşton hər cür terrora qarşı birgə çalışmağa davam edəcəklərini söyləyib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter