İRAN SURİYAYA YARDIM ETMƏYƏ HAZIRLAŞIR
AZOH: İranın 4 aydır iqtidar əleyhinə aksiyalara səhnə olan Suriyaya milyonlarla dollarlıq yardım etməyi planlaşdırdığı bildirilib.
Fransada yayımlanan iqtisadiyyat qəzeti "Les Echos"un xəbərinə görə, Tehran Dəməşqə 5 milyard 800 milyon dollarlıq maliyyə yardımı etməyə hazırlaşır. Qəzet yardım çərçivəsində 3 ay müddəti olan 1,5 milyard dollarlıq kreditin dərhal verilə biləcəyini yazıb. Xəbərdə İranın dini lideri Ayətulla Əli Xomeneyinin də yardım fikrini dəstəklədiyi bildirilib.
Bundan əlavə qəzet yazıb ki, İran Suriyaya gələcək hər ay üçün 290 barrel xam neft təmin edə və suriyalıların nəğd pul ilə Livana qaçmalarının qarşısını almaq üçün sərhədlərə nəzarət məsələsində Dəməşqə dəstək verə bilər.
TRT