English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

KOORDİNASİYA QRUPU LİVİYA MİLLİ KEÇİD ŞURASINI TANIDI

AZOH: İstanbulda dünən keçirilən Liviya Koordinasiya Qrupunun toplantısı başa çatıb. Toplantıda çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəddafiyə təzyiqlərin artırılmasını istəyib.

Toplantının sonunda Liviya Koordinasiya Qrupu Milli Keçid Şurasını legitim hökumət kimi tanıyıb. "Qəddafi mütləq getməlidir" sözlərinə yer verilən açıqlamada NATO-nun əməliyyatlarının daha 90 gün uzadılması qərarı da dəstəklənib.

Türkiyənin təklif etdiyi yol xəritəsinə paralel olaraq formalaşan açıqlamada Liviyada atəşkəsin dərhal təmin olunmasının vacibliyi vurğulanıb.

Koordinasiya Qrupu BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Əl Hatibə böhranın həlli ilə bağlı təşəbbüs göstərməsi üçün tam dəstək verib. Açıqlamada eyni zamanda dünya ölkələrinə Qəddafi iqtidarına təzyiqləri artırma və yaxınlaşan Ramazan ayı səbəbilə xalqa təcili maddi yardım etmə çağırışı edilib.

Liviya Koordinasiya Qrupunun növbəti toplantısı isə Nyu-Yorkda keçiriləcək.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter