Səfir: İran-Azərbaycan arasında viza rejimi qaldırılır
İranın Bakıdakı səfiri Möhsün Pakayin gələn iki ay ərzində İran və Azərbaycan arasında viza rejiminin tamamilə qaldırılacağı, yaxud vətəndaşların sərhəd və hava limanlarında viza ala biləcəyinə dair qərar qəbul edildiyini bildirib.
Səfir İranın yarı-rəsmi Fars agentliyinə müsahibədə iki ölkə arasındakı münasibətlərin hansı sahələrdə genişlənəcəyi haqqında da məlumat verib.
Pakayinin dediklərinə görə, xüsusilə Qərbin İrana qarşı sanksiyalarının ləğvinə başlamasından sonra iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə genişlənməsinin yolu açılmışdır.
O, 2016-cı ilin ilk üç ayında iki ölkə arasındakı ticari mübadilənin 53 faiz artdığını bildirib.
Möhsün Pakayin həmçinin deyib ki, “Bizim Mərkəzi Bankın pullarından təqribən 400 milyon dollar Azərbaycan Beynəlxalq Bankında qalmışdı və biz ondan istifadə edə bilmirdik. Hazırda bu pul Naftiran İntertrade Co. (Nico) şirkətinə və bir hissəsi də Mərkəzi Banka köçürülüb.”
voa