Azərbaycanlı millət vəkili Zəncan vilayətindən Yəzdə intiqal edilən qatara görə öz etirazını bildirib
Azərbaycan vilayətlərinə qarşı növbəti ayrı-seçkilik faktına bu dəfə Zəncan və Tarım şəhərlərinin İran parlamentindəki millət vəkili Fridun Əhmədi reaksiya verib.
Son məlumata görə, Zəncan vilayətindən Yəzd vilayətinə intiqal edilən Pərdis qatarı millət vəkilinin kəskin etirazına səbəb olub. Fridun Əhmədi bu barədə parlamentin Riyasət Heyətinə məktub göndərərək Yol və Şəhərsalma Nazirliyinə öz kəskin etirazını bildirib. “Pərdis qatarı Zəncan vilayətinin nisbətən keyfiyyətli sayılacaq təkcə qatarıdır. Bu qatar artıq Zəncandan çıxarılıb və Yəzd vilayətinə aparılıb. Qatar yenidən Zəncan vilayətinə qaytarılmalıdır”- deyə millət vəkili vurğulayıb.
Qatarın qeyd-şərtsiz Azərbaycan vilayətinə qaytarılmasını tələb edən millət vəkili vurğulayıb ki, bu məsələ ayrı-seçkiliyin bariz nümənəsidir və Zəncan əhalisinin hüquqlarının nəzərə alınmaması deməkdir.
gadp