İranda daha 16 nəfər dar ağacından asılıb
İranda narkotik maddələrin qaçaqmalçılığında və cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 16 nəfər edam edilib.
Narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılanlardan 11-i, iyulun 17-si sübh saatlarında İranın Kərəc şəhərinin Qızılhasar zindanında dar ağacından asılıb. Edam edilənlərdən biri qadındır.
Həmin gün, eyni ittihamla daha 3 nəfər İranın Cənubi Xorasan əyalətinin Bircənd şəhərinin həbsxanasında dar ağacından asılıb. Hər iki zindanda edam edilənlərdən yalnız 5-nin adları mediaya bəlli olub: -Səid Sabiri, Müslüm Bəhrami, Mənsur Zəfərani, Yusif Bərahui və Qasım Dilşad.
İyunun 17-də həmçinin İranın Kərəc şəhərinin Mehrşəhr məntəqəsində adam oğurluğunda və cinsi təcavüzdə günahlandırılan 2 nəfər sübh saatlarında ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb. Edam edilən həmin şəxslərin adları mediaya
gadp