Əli Həmzəzadə azadlığa buraxılıb
İyulun 1-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Əli Həmzəzadə mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Milad Əkbəri ilə birlikdə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Təbriz Şöbəsinə çağırılan Ə.Həmzəzadə iyulun 1-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına aparılmışdır. Fəalın 100 milyon tümənlik mülki vəsiqə qarşılığında iyulun 18-də müvəqqəti olaraq azadlığa buraxıldığı bildirilir.
M.Əkbəri isə 100 milyon tümənlik mülki vəsiqə qarşılığında iyulun 16-da Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.
Adını çəkdiyimiz fəallar, təhlükəsizlik qüvvələrinin onlara qarşı qanunsuz davranışlarına etiraz olaraq saxlanıldıqları gündən aclıq aksiyasına başlamışdılar.
gadp