English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Rəsul Rəzəvi Təbriz zindanına qayıdıb

Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi bir həftəlik məzuniyyətdən (murəxəsi) sonra Təbrizin mərkəzi zindanına qayıdıb.

Son həftələrdə təxminən 1 ay aclıqdan sonra aclıq aksiyasını dayandıran fəal, 8 ay həbsdən sonra iyulun 10-da 7 günlük məzuniyyətə buraxılmışdır.

Fəal məzuniyyət müddəti bitdikdən sonra iyulun 17-də yenidən Təbrizin mərkəzi zindanına qayıdıb.

Qeyd edək ki, R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymamışdır. Fəal daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyası keçirməyə qərar vermişdir.

R.Rəzəvi ötən noyabrda məlum irqçi “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyaları zamanı Təbrizdə yaxalanıb. O həmçinin “Qüds günü” aksiyalarında uyğur türklərinə edilən zorakılıqlarla bağlı Çin hökumətinə etiraz etdiyinə görə məhkəmə tərəfindən 1 il həbs cəzasına məhkum edilib. R.Rəzəvi məhkəmə iclasının keçirildiyi vaxt həbsdə olduğu üçün iclasa qatıla bilməyib, lakin hakim onun barəsində qiyabi olaraq həbs qərarı çıxarıb. Maraqlı məqam ondan ibarətdir ki, R.Rəzəvi ilə birlikdə və eyni ittihamlarla yaxalanan Sevindik Lütfi və Hüseyn Rəxşani Kiya həmin məhkəmə iclasında irəli sürülən bütün ittihamlardan bəraət qazanıblar.

gadp

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter