English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net

پربیننده؛ سال گذشته

Zəncan, Xoy və Tehran aksiyalarından VİDEO GÖRÜNTÜLƏR

İyulun 28-də “Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə qarşı Tehran da daxil olmaqla Güney Azərbaycanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirildi.

Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Xoy və s. kimi şəhərlərdə yığıncaqlarının keçirilməsi üçün nəzərdə tutulan məntəqələrə, çox sayda təhlükəsizlik qüvvələri cəlb olundu. Onlar etiraz aksiyalarının qarşısını almaq üçün müxtəlif zorakı tədbirlərə əl atsalar da, əhalinin qarşısını almağa nail olmadılar və bir çox şəhərdə geniş etiraz aksiyası keçirildi.

Onlarla etirazçının saxlanıldığı aksiyalarda “Haray Haray mən türkəm”, “Ölüm olsun faşizmə”, “Azərbaycan milləti , Çəkməz bu zilləti” və s. kimi şüarlar səsləndirildi.

Xatırladaq ki, “Tərh-i No” qəzeti  iyulun 20-də Firdovsinin Şahnamə əsərindən bir hikayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Müəllif türklərlə yanaşı qadınlara da hörmətsizlik göstərib. “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındılar. Ey irqi pis olan türk sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get qadınlar kimi əlivə pambıq və mil götür”- deyə qəzetdə dərc olunan yazının bir hissəsində qeyd olunub.

https://www.youtube.com/watch?v=ugtawbGaj8E#t=19

https://www.youtube.com/watch?v=zaTZPSJXg2c

https://www.youtube.com/watch?v=6tpzBVhdeLA

https://www.youtube.com/watch?v=vI0Lf8fMiyc

https://www.youtube.com/watch?v=CoteR-wUnsI

Share/Save/Bookmark