English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qarabağ məktubu Medvedyevə çatıb

AZOH: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri zamanı rəsmi Bakının Rusiya prezidenti Dmitri Medvedyevin Dağlıq Qarabağa dair təklifinə cavabını təqdim edib.

Bu barədə dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdən sonra brifinq keçirən nazirlər məlumat veriblər. Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedyevə göndərdiyi məktubun yetişdiyini bildirsə də, Medvedyevin məktubla hələ ki tanış olmadığını söyləyib. Mətbuat konfransında Lavrov deyib ki, Rusiya ATƏT çərçivəsində ABŞ və Fransa ilə birgə münaqişə tərəflərinə problemin həllinin axtarışında kömək edir.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan prezidentinin prezident Medvedyevin təklifinə cavabını öyrənəcək: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritetdir. Baza prinsipləri layihəsi tərəflərin sülh sazişi üzərində işləmək niyyətindən başlayır. Bizim səylərimiz hər iki ölkə ilə münasibətlərimiz kontekstində və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində davam edəcək".

Azərbaycanın xarici işlər naziri isə hesab edir ki, danışıqlar prosesində heç də hər şey Azərbaycandan asılı deyil: "Biz həmin təkliflərə Ermənistanın cavabını gözləməliyik. Lakin hesab edirik ki, danışıqlarda irəliləyiş var, biz tədricən hamının hazırkı vəziyyətin heç kimi, eləcə də qonşularımızı qane etmədiyini anlayacağı həddə doğru irəliləyirik". Elmar Məmmədyarovun sözlərinə görə, region üçün, ilk növbədə həm Azərbaycan, həm də Ermənistan üçün sabitlik vacibdir. Azərbaycanın XİN rəhbəri deyib ki, Kazan görüşü irəliyə doğru addım olub, müzakirələrin konkret problemlər üzrə aparıldığı nəzərə alınarsa, bəzi problemlər üzrə irəliləyiş hiss olunur: "Ümumilikdə hesab edirik ki, biz bundan sonra da hələ razılaşdırılmayan mövzular üzrə müzakirələri davam etdirməliyik. Biz hüquqi sazişin - sülh müqaviləsinin müzakirəsinə başlamalıyıq. Vaxt çatıb. Sülh müqaviləsi danışıqların final mərhələsinə daxil olmaq barədə ciddi siqnal olacaq".

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter