English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net

پربیننده؛ سال گذشته

Nəsim Sadiqi müvəqqəti azadlığa buraxılıb

İyulun 28-də Təbrizdə irqçiliyə qarşı keçirilən etiraz aksiyasında yaxalanan azərbaycanlı fəal iyulun 31-də sərbəst buraxılıb.

Nəyyir və Məryəm bacıları və Ruzbeh Piri ilə birlikdə yaxalanan Nəsim Sadiqi iyulun 29-da Təbriz zindanına intiqal edilmişdir. Fəalların hər birinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarının təyin edildiyi bildirilir. Nəsim Sadiqi, ailəsi təyin edilmiş qərarı təmin etdikdən sonra bazar günü Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

Xatırladaq ki, “Tərh-i No” qəzeti türkləri təhqir etdikdən sonra Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları keçirildi. Dinc keçirilən aksiyalara kobud şəkildə müdaxilə edən təhlükəsizlik qüvvələri onlarla etirazçını saxlayıb və naməlum istiqamətlərə aparmışdır.

GADP

Share/Save/Bookmark