English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İcmalçılar "Ağlama Urmiya" tamaşasını 'şah əsər' adlandırır

“Urmiyənin əfsanəvi qızı bənövşəyi gözlü Urmiya”-nın hekayəsini anladan Ağlama Urmiya tamaşasını izləyənlər, eləcə də Təbriz və Urmiyədə fəaliyyət göstərən qəzetlər və internet portalları onu İran Azərbaycanında türkcə teatr sənətinin şah əsəri kimi qiymətləndirirlər.

İyulun 26-dan avqustun 5-ə qədər Ağlama Urmiya-nın səhnəyə qoyulduğu Urmiyə İncəsənət və Kültür Kompleksinin xüsusilə nümayişin ikinci həftəsində izdihamlı günlər keçirildiyi bildirilir.

Yol Press, Nasr News və Çiçest kimi mətbuat orqanları həmçinin sosial media vasitəsilə təəssüratlarını paylaşan izləyicilər tamaşanın bu günə qədər izlədikləri türkcə ən möhtəşəm tamaşa olduğunu qeyd edirlər.

​Urmiyəli jurnalist Məhəmməd Əli Ərcüməndi tamaşa haqqında belə yazıb: “Ağlama Urmiya folklor, eləcə də tarixi bir teatr olaraq tarix boyu Urmiyənin başına gələn acı olayları əks etdirir. Müasir tariximizi qədim tariximizə bağlayaraq ‘gələcəyi düşünün’ deyir.”

Ağlama Urmiya bizim eramızdan öncə yaşayan Urmiyə şəhərinin əfsanəvi qızı Urmiya-nın hekayəsini təsvir etməklə yanaşı Urmiyə Gölünün qurumasına diqqət çəkir. Əfsanələrə görə, bənövşəyi gözləri olan Urmiya Assuriyanın imperatoru ikinci Sarqonun Urmiyəyə hücum etdiyi dövrdə yaşayıb.

Müəllifi Əli Sabir Rzayi və rejissoru Pedram Rəhmani olan tamaşada Urmiyanın rolunu aktrisa Mona Sadıqi ifa edir.

Tamaşa qarşıdan gələn həftələrdə Tehranda, oktyabr ayında isə Təbrizdə səhnəyə qoyulacaq.

voa

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter