English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Siyamək Mirzayi daha bir ay Ettelaatın nəzarətində saxlanılacaq

İyulun 24-də nəzarət altına alını hazırda Tehran Evin həbsxanasının Ettelaata məxsus bölməsində saxlanılan türk fəal Siyamək Mirzayinin nəzarət müddətinin daha bir ay uzadıldığı bildirilir.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH kimi veb səhifələrdə yayılan məlumata görə, Mirzayinin nəzarətdə tutulma müddətinin uzadılmasına dair qərar Tehran vilayətinin Gülüstan şəhəri İnqilab Məhkəməsində hakim Rəcəbi tərəfindən çıxarılıb.

Milli fəal ötən iyul ayının 24-də İran Azərbaycanının Muğan bölgəsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq öncə Ərdəbil Ettelaat həbsxanasına, oradan isə Tehranın Evin həbsxanasında Ettelaata məxsus 209-cu bölməyə göndərilib.

Amerikanın Səsinin muğanlı fəalın yaxınlarından əldə etdiyi məlumata görə, məhkəmə qurumu Siyamək Mirzayinin hansı ittiham ya ittihamlar üzündən həbs edildiyinə dair məlumat vermir.

Siyamək Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

Siyamək Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

Günaz TV-nin əməkdaşı Yaşar Əsədi keçən həftələrdə Amerikanın Səsinə müsahibədə Mirzayinin durumu haqqında məlumat vermişdi. Əsədinin dediklərinə görə, Mirzayi 2006-cı ildən bəri göstərdiyi fəaliyyətlər üzündən həbs, mühakimə və ali təhsilini davam etməkdən məhrum edilmə kimi basqılara məruz qalıb.

Siyamək Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

“İranda fars sisteminin ən güclü gördüyü kültürəl hövzə türklərdir ki Azərbaycan və digər bölgələrdə yaşayırlar, bunlar bu güclü hövzəni məhv etmək, ana dilimizi yasaqlamaqla millətimizi öldürmək istəyirlər. Bir millətin ana dili aradan gedərsə onun milliyəti də aradan gedər. Bunu bilirlər,” deyə Mirzayi həmin müsahibədə söyləyib.

voa

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter