English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net

پربیننده؛ سال گذشته

Təbriz Şəhər Şurasının 4 üzvünün fəaliyyəti donduruldu, Əvəzedici üzvlər...

 Təbriz Şəhər Şurasında sular durulmur. Bir müddət öncə maliyyə pozuntuları ittihamı ilə tutulan Şura üzvləri bir müddət saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdır. Bu dəfə həmin üzvlərin fəaliyyətlərinin dondurulmasına dair xəbər yayılıb.

Təbriz Şəhəri İcra Hakimiyyətinin başçısı (fərmandar) Şəhər Şurasının 4 üzvü barədə qərar çıxarıldığı və onların fəaliyyətinin dondurulduğu ilə bağlı “Fars” xəbər agentliyinə məlumat verib. Qərarın avqustun 23-dən qüvvəyə mindiyini bildirən Rəhim Şöhrətifər qeyd edib ki, “qərar Şəhər Şurası və Bələdiyyə İdarəsinin maliyyə pozuntuları ilə bağlı olan dosyesi ilə əlaqədar verilib. Və bundan sonra qərarın şamil olduğu üzvlər, Şəhər Şurasının iclaslarına qatıla bilməyəcəklər.”

Təbriz Şəhər Şurasının rəisi isə Həbib Şiri Azər, Elmira Xamaçı, Əkrəm Həzrəti və Ehtişam Hacipurun fəaliyyətlərinin dondurulduğunu və onların yerinə əvəzedici üzvlər Lütfi, Zarei, Fəxr Azər və Nurməhəmmədzadənin Şura iclaslarına qatılacaqlarını bildirib.

Bundan öncə Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi Hikmətəli Müzəffəri, Şəhər Şurası və Bələdiyyə İdarəsinin rüşvət və maliyyə pozuntuları ilə bağlı olan dosyesi ilə əlaqədar 35 nəfərin məsuliyyətə cəlb olunduğunu bildirmişdir. Onlardan 4-ü Şura üzvü, 11-i Bələdiyyə İdarəsinin müdirləri və 20-i Bələdiyyə İdarəsi ilə müqavilə imzalayan podratçılardan (peymankar) ibarət olub.

gadp

Share/Save/Bookmark