Niyə mənim atımı “asb” etdilər ?!
Yeddi yaşım vardı, farsca birinci kitabın səhifəsində bir ağ rəngdə gözəl heyvanın şəkili var idi. Qara karandaşla və uşaq xətti ilə şəklin altından yazdım - "at" və alnının ortasından bir gözəl buynuz çəkdim! Müəllim görəndə, qırmızı qələmlə mənim yazımın üstündən böyük bir çarpaz xətt çəkdi və qarşısinda “اَسب“ yazdı.
Sonra dedi: Rənacan, bu "asb" “اَسب“ dır və belə yazılır !
Amma, mənim beynimdə o, şəkil “at” a bənzəyirdi (“at”ı canlandırırdı). “Asb” dilimizə yad bir söz olsada, o gün müəllim qırmızı qələmlə zorla mənim kitabımın səhifəsinin üzərində iz saldı. Lakin, o "asb" heç bir zaman mənim beynimdə "at" ın yerini tutmadı. Sonralar çoxlu sözlər, məsələn: "ab", "nan", "derxt", "qorbə" və s. heç biri heç bir zaman beynimdə iz salmadılar. Nə qədər çətindir, uşaq olasan və o, qədər fikirləşirsən, amma yaza bilmirəsən. Mənə o zamandan fars dilində inşa, imla, Quran, ərəb dili, islam hüququ və ədəbiyyat kitaplarinın öyrədilməsinə başlanıldı! bəlkəmen o zamannan da farsca dilde kitablari oxuya bilmirdim yani bir cur nifret varide ve az puan alirdim. İş o yerə çatdi ki, universitetdə ümumi ədəbiyyat fənnindən 20 dan 12 ya 10 alirdim. O zamanki qondarma İran ölkəsində seçilmiş tələbələrindən biri idim.
Tek Buynuzlu At
Son zamanlar görürük ki, birinci sinif mədrəsə uşaqlarından Mehr ayından (Celali Takvimi ya da Iran takvim de 7inci ay) bir gün tez mədrəsəyə getmələrini tələb ediblər! Çox ciddi cəhdlə çalışıblar! Və uşaqlara bir balaca çantanın içində üç ədəd şokolad olan hədiyyə verirlər. Mədrəsələrin açılmasına bir aydan az qalır və hələ də bizim uşaqlarımız faşist və qondarma İran ölkəsində qeyri-insani qanunlara görə mütləq gərək fars dilində yazıb-oxumağı öyrənsinlər. Bizim Azərbaycanlı-Türk uşaqlarımızın haqqları yoxdur ki, öz ana dillərində dərs oxusunlar. Heç uşaqların haqqı yoxdur ki, o şeyi ki, beynində görür, düşünür onu yazsın!!
İllərdir haqqımız yoxdur ki, öz ana dilimizdə mədrəsələrdə və universitetlərdə yazıb-oxuyaq. Hələ arzumuz ürəyimizdə qalıb ki, ana dili günündə bir sağlam mühit ve uyğun bir yerdə öz əldən getmiş haqqımıza etiraz edək və onu (elementar haqq və hüquqlarımızı) geri alaq, onu tələb edək... Avqust ayının ilk günlərinə az qalır və yenə də övladlarımızı (uşaqlarımızı) hələ bir gün də tez fars mədrəsəsələrinə göndərməliyik. Övladlarımız dərs oxumaq üçün mütləq gərək öz ana dillərini "evdə" qoysunlar. Farslar da həmişə bizi təhqir etsinlər. Və hatda, qəzetlərdə, dövlətin televiziya kanallarında hədsiz kinayə ilə bizi ələ salsınlar.