گونئي آذربايجان دئموکرات پارتی سی نین دونیا قادینلار گؤنؤ موناسیبتی ایله بیلدیریسی
بئینلخالق قادینلار گونو موبارک اولسون!
مارتین 8-ای بئینلخالق قادینلار گونودور. دونیا اهالیسینین همن یاریسیندان چوخونو تشکیل ائدن قادینلار بو گونده ده اللریندن آلینمیش اؤز حاقلارینی باغیرماغا جهد ائدرلر. قلوبال و مودئرن دونیامیزدا قادینلارین طبیعی هاقلارنی هئچه سایان هله ده بیر نئچه گئریجی رئژیملر هوکوم سورمکدهدیر.
قادینلار حیاتین ان گؤزل و مئهریبان یارانیشلاریدیر. اونسوز یاشامی تسووور ائتمک اولماز. دئموکراتیک مملکتلرین مودئرن چاغا گیرمهسینده قادینلارین رولو کیشیلردن آز اولمامیشدیر. اونا گؤره اجتماعیی و سیاسی موجادیلهلرین سیرالاریندا قادینلارا اؤنم وئرمهین تشکیلاتلار چتین کی، باشاری الده ائتسینلر. گونئی آذربایجاندا (ایران) جریان ائدن میللی آزادلیق حرکاتیندا آذربایجانلی تورک قایندلارین سیاسی موباریزهلری هرکهسی سئویندیریر. میللی موباریزه میدانلاریندا اونلارین ساییلاری و روللاری گئت-گئده آرتیر. کیشی-قادین بیرلیگی گوجلندیکجه میللی آزادلیق حرکاتی دا بیر او قدر ظفر قازانیر.
میللی آزادلیق حرکاتینین ان بیرینجی طلبی آنادیلی آزادلیغیدیر. بو ایسه بیرینیجی نؤوبهده قادین-آنالاریمیزین حاقلاری دئمکدیر. ایرانین شؤوینیست "موخالیف" تشکیلاتلاری ابس یئره چالیشیرلار کی، گونئی آذربایجان میللی حرکاتینی قادین حاقلارینا آقارشی قویالار. لاکین شؤوینیست داییرهلر بیلملیدیرلرکی، میللی آزادلیق حرکاتیمیزدا قاندین حاقلاری ان بیرینجی یئری توتماقدادیر. نتیجه اعتباریله، قادینلارین حاق و ایستکلرینی نظره آلمادان حرکات یاشایابیلمز.
گونئی آذربایجان دئموکرات پارتیاسی اؤز نؤوبهسینده مارتین 8-نی، بئینلخالق قادینلار گونونو، دونیا قادینلارینا و خوسوسن گونئی آذربایجان قادینلارینا تبریک دئییر.
یاشاسین گونئی آذربایجان (ایران) تورک قادینی
گونئی آذربایجان دئموکرات پارتیاسی
گادپ
Beynəlxalq Qadınlar Günü Mübarək olsun!
Martın 8-ı beynəlxalq qadınlar günüdür. Dünya əhalisinin həmən yarısından çoxunu təşkil edən qadınlar bu gündə də əllərindən alınmış öz haqlarını bağırmağa cəhd edərlər. Qlobal və modern dünyamızda qadınların təbii haqlarnı heçə sayan hələ də bir neçə gericı rejimlər hüküm sürməkdədir.
Qadınlar həyatın ən gözəl və mehriban yaranışlarıdır. Onsuz yaşamı təsəvvur etmək olmaz. Demokratik məmləkətlərin modern çağa girməsində qadınların rolu kişilərdən az olmamışdır. Ona görə ictimaii və siyası mucadilələrın sıralarında qadınlara önəm verməyən təşkilatlar çətin kı, başarı əldə etsinlər. Güney Azərbaycanda (iran) cərəyan edən milli azadlıq hərəkatında Azərbaycanlı türk qaındların siyası mubarizələrı hərkəsi sevindirir. Milli mubarizə meydanlarında onların sayıları və rolları get-gedə artır. Kişi-qadın birliyi gücləndikcə milli azadlıq hərəkatı da bir o qədər zəfər qazanır.
Milli azadlıq hərəkatının ən birincı tələbı anadili azadlığıdır. Bu isə birinici növbədə qadın-analarımızın haqları deməkdir. İranin şövinist "muxalif" təşkılatları əbəs yerə çalışırlar kı, güney Azərbaycan millı hərəkatını qadın haqlarına aqarşı qoyalar. Lakin şövinist dayirələr bilməlidirlərkı, milli azadlıq hərəkatımızda qandın haqları ən birinci yeri tutmaqdadır. Nəticə etibarilə, qadınların haq və istəklərini nəzərə almadan hərəkat yaşayabilməz.
Güney Azərbaycan Demokrat Partiyası öz növbəsində martın 8-ni, beynəlxalq qadınlar gününü, dünya qadınlarına və xususən güney Azərbaycan qadınlarına təbrik deyir.
Yaşasın güney Azərbaycan (iran) türk qadını
Güney Azərbaycan Demokrat Partiyası
GADP