ANONYMOUS" NATO SƏNƏDLƏRİNİ ƏLƏ KEÇİRİB
AZOH: Beynəlxalq haker qrupu "Anonymous" NATO-ya məxsus çox sayda sənədi ələ keçirdiyini iddia edib.
"Anonymous" "Twitter" hesabında "Bəli, NATO saytları hücuma məruz qaldı. Bir çox gizli sənədə sahibik" açıqlamasını verib.
Qrupun açıqlamasında hazırda 700 kitaba bərabər 1 GB-lık NATO sənədlərinin ələ keçirildiyi, amma bu sənədlərin çoxunun yayımlanmayacağı bildirilib. Qrup bu sənədlərin yayımlanmasının məsuliyyətsizlik ola biləcəyini qeyd edib.
TRT