English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

NORVEÇ ŞOKDA

AZOH: Dünyanın ən sakit ölkələrindən olan Norveç şokdadır. Dünəndən dalbadal törədilən bombalı və silahlı hücumlar 91 nəfərin ölümünə səbəb olub.

İlk hücum dünən günorta saatlarında paytaxt Osloda, hökumət binalarının yerləşdiyi bölgədə bomba yüklü avtomobilin partladılması ilə həyata keçirilib.

Partlayışda baş nazir Yöns Ştoltenberqin ofisinin də yerləşdiyi  20 mərtəbəli bina zərər görüb. O anda baş nazir evində olduğu üçün sağ qalıb.

7 nəfərin öldüyü hücumda 10 nəfər də ağır yaralanıb.

Çox keçmədən paytaxtın cənubundakı Utoya adasından bəd xəbər gəlib.

İqtidardakı Əmək partiyasının gənclik qollarının dincəldiyi yaz düşərgəsinə girən polis qiyafətindəki bir nəfər avtomat silahla ətrafa atəş açmağa başlayıb. Nəticədə 84 nəfər ölüb.

Cinayəti törədən Andres Birevik həbs edilib. Polis iki hücum arasında əlaqənin olduğunu açıqlayıb, ancaq hücumların hansı məqsədlə həyata keçirildiyi hələ bilinmir.

Terrorçunun internet saytını araşdıran polis 32 yaşlı Brevikin islam düşməni radikal xristian olduğunu bildirib. Bu da şübhələri irqçi qruplar üzərində cəmləyib.

Norveçin baş katibi bu cür terror aktlarının demokratiyaya zərər verməyəcəyini və cinayətkarların ən qısa zamanda yaxalanacağını bildirib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter