English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

AĞDAMIN İŞĞALINDAN 18 İL ÖTDÜ

AZOH: Bu gün Ağdam rayonunun Ermənistan tərəfindən işğal olunmasından 18 il keçir. Bakıdan 358 kilometr aralıda yerləşən Ağdamı qeyri-rəsmi Qarabağın paytaxtı adlandıranlar da var. Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Sahəsi 1150 kvadrat kilometrdir. 2011-ci il yanvarın 1-nə olan məlumata görə, Ağdamın ümumi əhalisi 180 600 nəfərdir. Rayona Ağdam şəhəri, Quzanlı qəsəbəsi, 17 yeni salınmış qəsəbə və 141 kənd daxildir. Lakin hazırda rayonun yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərib.

Qarabağ döyüşlərində Ağdam 7 minədək şəhid verib. Milli Qəhrəmanları isə Şirin Mirzəyev, Asif Məhərrəmov (Fred), Allahverdi Bağırov, Yelmar Edilov, Əlabbas İsgəndərov, Faiq Alış oğlu Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov, Canpolad Rzayev, Nadir Əliyev, Rövşən Əkbərovdur.

Rayon hazırda ərazisinin 20 faizinə sığınıb, həmin ərazidə isə 70 minədək yerli əhali yaşayır. Qalan əhali isə respublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapıb.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ağdamlılar döyüşüb və böyük itkilər verib: “Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdamı yalnız müharibə ilə geri qaytara bilərik”. QAT sədri bu il rayonların işğal tarixlərinin yalnız anım tədbirləri ilə yekunlaşmayacağını bildirdi: “Döyüş ruhumuzun gücləndirilməsi, mübarizə ovqatının yaradılması üçün keçmiş döyüşçülərlə birgə rayonlarda forum keçiriləcək. Hər il Şəhidlər Xiyabanında anım mərasimi keçirməklə biz Ağdamı, işğalda olan torpaqlarımızı geri qaytara bilməyəcəyik. Odur ki, sabah (bu gün-red.) Azərbaycanın bir bölgəsinə səfərə çıxacağıq. Digər bölgələrdən də təcrübəli döyüşçülər ora toplaşacaq və forum keçirəcəyik”.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter