English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

LİVİYA MÜXALİFƏTİNİN QƏDDAFİYƏ VERDİYİ VAXT BAŞA ÇATIR

AZOH: Liviyada müxalifətin Müammər Qəddafiyə iqtidardan çəkilmək üçün verdiyi 3 günlük müddət sabah başa çatır. Qəddafi isə geri çəkilmək niyyətində olmadığını müxalifətin sığındığı şəhərləri bombardman etməklə nümayiş etdirir.

Paytaxt Tripoli yaxınlığındaki Zaviyə şəhərində yüksək vəzifəli zabitlər də daxil olmaqla 40 nəfərin öldüyü bildirilir. Hazırda müxalifətin əlindəki ras Lanuf, Bin Cavad və Sirt şəhərlərində toqquşmalar davam edir. Hərbi təyyarələrin bombaladığı Ras Lanuf şəhərindəki neft zavodunun da vurulduğu, bölgədən dumanlar yüksəldiyi bildirilir.

Zaviyə şəhərinin isə yenidən Qəddafi tərəfdarlarının əlinə keçdiyi xəbər verilir. Dövlət televiziyası Qəddafi tərəfdarlarının Zaviyə küçələrinə sevinc nümayişləri təşkil etdiyinə dair görüntülər yayımlayıb. Müxalifət isə Zaviyənin ana meydanını geri aldığını iddia edir.

Bir tərəfdən toqquşmalar davam edərkən bir tərəfdən də Qəddafinin müxalifətlə bazarlıq etmək istədiyinə dair iddialar ortaya atılıb. İddialara görə, Qəddafi əmlakının dondurulmayacağına dair təminat istəyir. Rəsmi mənbələr bu xəbəri təkzib edib, müxalifət isə Qəddafi sabaha qədər istefa verəcəyi təqdirdə onun barəsində istintaq başladılmayacağını bildirib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter