English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Fransa Liviya hökuməti kimi müxalifəti tanıdı

AZOH: NATO Qəzzafi qoşunlarının uçuşuna qadağa qoydu

NATO Qəzzafiyə bağlı qüvvələrlərlə müxalifət təmsilçiləri arasındakı silahlı qarşıdurmaların şiddətləndiyi vaxt Liviyanın hava məkanını Bakı vaxtilə saat 10:30-dan etibarən 24 saat ərzində izləməyə başlayıb. Bundan başqa Avropanın paytaxtı Brüsseldə iki mühüm zirvə toplantısı keçirilib. NATO və Avropa Birliyinin toplantılarının əsas mövzusu Liviya hava məkanının bağlanmasıdır.

Brüsseldəki NATO müdafiə nazirlərinin toplantısından öncə Pentaqon Liviyadakı qanlı olayların qarşısının alınması üçün uçuşa qapalı hava sahəsi yaratmaq da daxil, bütün hərbi variantların müzkirə olunduğunu bildirib.

NATO-nun baş katibi Anders Foq Rasmussen “SKY News”a verdiyi açıqlamasında qısa zaman ərzində Liviya hava məkanın bağlanmasının mümkün olduğunu söyləyib.

Açıklama verən NATO təmsilçisi “Boeing E-3 Sentry” tipli təyyarənin 8 saat ərzində Qara dəniz üzərində uçduqdan sonra yerini başqa bir NATO helikopterinə verəcəyini vurğulayıb.

Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında sanksiya və digər vasitələrlər Qəzzafi üzərindəki təzyiqin artırılması planlaşdırılır. Toplantıdan öncə yayılan məlumatlarda bildirilir ki, Avropa Birliyi Qəzzafi və ona yaxın adamlara tətbiq olunan embaroqları genişləndirməyi nəzərdə tutur.

Portuqaliyanın xarici işlər naziri Luis Amado Qəzzafinin təmsilçiləriylə ötən gün Lissabonda görüşdüyünü və elçiyə diktatorun sonunun çatdığını söylədiyini bildirib:“Tripolidən gələn təmsilçiyə açıq mesaj verdim. Qəzzafi rejimi bitib”. Nazir Qəzzafi rejiminə qarşı çıxan müxalifət təmsilçiləriylə görüşdə də eyni fikirləri səsləndirdiyi söyləyib.

Bu arada Fransa da Liviya liderinə ağır zərbə endirib. Preziden Nikola Sarkozinin mətbuat xidmətindən yayılan açıqlamada bildirilir ki, rəsmi Paris Liviya müxalifətinin Benqazi şəhərində qurduğu Milli Şuranı Liviya xalqının yeganə təmsilçisi olaraq tanıyır. Fransa Benqaziyə bir təmsilçi göndərəcək və Parisdə bir liviyalı elçi qəbul edəcək.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter