English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

RUSİYADAN ABŞ-A SÜRPRİZ TƏKLİF

AZOH: Rusiyanın baş naziri Vladimir Putin ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb. Putin Baydenə iki ölkə arasında viza rejimini qarşılıqlı olaraq ləğv etməyi təklif edib.

"Reuters"in xəbərinə görə, Rusiyanın Avropa Birliyinə üzv olan bəzi ölkələrlə vizaların ləğvi məsələsini müzakirə etdiyini deyən Putin ABŞ-la Rusiya arasında viza rejiminin ləğvinin daha önəmli məsələ olduğunu söyləyib: "İki ölkə arasında viza rejimini ləğv edə bilərsək, bu, iki ölkə münasibətləri baxımından tarixi addım olardı".

Bayden də Putinin təklifini dəstəkləyərək iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşdırılmasının vacibliyini vurğulayıb.

Bayden ABŞ prezidenti ilə aralarında düşüncə fərqliliyi ola bildiyini, amma hər ikisinin Rusiya ilə əlaqələrin inkişafı məsələsində həmfikir olduğunu deyib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter