English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏDDAFİ RAS LANUFU DA ƏLƏ KEÇİRİB

AZOH: Liviyada Qəddafi rejiminə bağlı əsgərlərlə müxalifət arasındakı toqquşmalar bütün şiddətilə davam edir.

Hava qüvvələri və tankların verdiyi üstünlüyə sahib olan Qəddafi əsgərləri Zaviyə şəhərindən sonra Ras Lanufu da ələ keçirib. Qəddafinin digər şəhərləri də almaq üçün səyləri artırdığı bildirilir. Müxalifət isə neft təsislərinin olduğu Ras Lanufun 20 kilometr gerisinə çəkilərək yeni mövqe tutub.

Toqquşmaların artıq Misrata şəhərinə yönəldiyi bildirilir. Qəddafinin tabeçiliyindəki əsgərlər Breqa və bin Cavad şəhərlərini də günlərdir havadan bombalayır. Bin Cavad şəhərində çölə doğru çəkilən müxalifət Liviya hava sahəsinin uçuşa yasaq bölgə elan edilməyəcəyi təqdirdə müqavimətlərinin bitəcəyini qeyd edərək beynəlxalq birlikdən yardım istəyir. Binqazi şəhərində də dünən cümə namazından sonra toplanan 15 min nümayişçi "Demokartik bir ölkə olmamıza yardım edin" deyə Qərbə səslənib. Müammər Qəddafi isə silahlarını buraxacaqları təqdirdə müxaliflərin əfv ediləcəklərini bildirib.

Dünya isə hələ də Liviyadakı prosesləri sadəcə müşahidə və müzakirə etməklə kifayətlənir. Bu gün Ərəb Birliyi Liviyadakı vəziyyəti müzakirə etmək üçün Misirdə toplanır. Toplantının gündəliyində uçuşa yasaq bölgə və üsyançıların tanınması kimi məsələlər var.Avropa Birliyinin xarici siyasət komissarı Ketrin Aştonun da toplantıda iştirakı planlaşdırılır. Ancaq fikir ayrılıqları səbəbilə bu istiqamətdə bir qərar qəbul olunması gözlənilmir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter