English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Nəsən Şəriətmədari: Xalq öz dilində məktəbi, qəzeti, kitabı olmasını istəyir

AZOH: Azərbaycanın görkəmli din xadimi, 1979-cu il İran inqilabının əsas memarlarından biri olan ayətullah Seyid Məhəmmədkazım Şəriətmədarinin oğlu, hazırda Almaniyada mühacirətdə yaşayan Nəsən Şəriətmədari deyib ki, Azərbaycan türkləri 32 il əvvəl İranın əsas qanunu, xüsusilə də Konstitusiyanın 110-cu maddəsinə etiraz olaraq meydanlara çıxdılar: "Onlar bildirdilər ki, "Əsli 110 ziddi bəşərdi - əgər islahat olmasa, batildi, hədərdi".

Turqut

Bu şüarın izahı isə beləydi. Əgər İranın ali dini liderinə verilən geniş səlahiyyətlər əlindən alınmazsa və o, ölkədə yaşayan xalqlardan və təşkilatlardan daha güclüdürsə, qanunların heç bir mənası yoxdur. İranın əsas qanununun 177 maddəsindən 50-si ölkə xalqlarının haqq və hüquqlarına aiddir. Amma "yaşıl hərəkat"ın liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və İranın keçmiş prezidenti Məhəmməd Xatəmi hesab edir ki, ölkənin əsas qanununun ərazidə yaşayan xalqlarla bağlı olan hissəsi ya bütövlükdə icra olunmayıb, ya da çox zəif şəkildə və dövlətin mənafeyinin təmin edilməsi məqsədilə icra olunub. Ölkə xalqlarının fəalları və ziyalıları iddia ediblər ki, əsas qanunun 15 və 19-cu maddələri fars dili ilə yanaşı, azlıqların da dillərinin öyrədilməsinə imkan verir. Konstitusiyanın başqa xalqlarla bağlı hissəsi ötən 32 ildə heç vaxt icra olunmayıb". O, İranın əsas qanununun icra olunmamasınə belə izah edib: "Azərbaycanlıların etirazlarından yalnız 32 il sonra digərləri həmin etirazların səbəblərini anlayıb və meydanlara çıxıb nümayişlər keçirir. Bu gün azərbaycanlılar 32 il əvvəl başladıqları işi tamamlamalıdır. Azərbaycanlılar əsas qanun qüvvəyə minəndə etiraz etmişdi. Onların gərək bu qanunun aradan qaldırılmasında da böyük rolu olsun. Gərək, bu əsas qanun aradan qaldırılsın. Bu qanunda nə farsın, nə türkün, nə kürdün, nə də heç kəsin haqqı nəzərə alınmayıb və onun icrası gözlənilmir. Yalnız bir qrup molla, "Sepah" və başqa güc strukturları xalqın canına susayıb, qanını sorur. Neç bir xalqın haqqı verilmir. Nə qədər ki, bu əsas qanun var, bizim haqqımızdan danışmaq bir zarafata bənzəyir". Mühəndis Nəsən Şəriətmədari "yaşıl hərəkat" liderlərinin 2011-ci ilin fevralında İranın əsas qanununda xalqların haqları barədə hissənin tam və kamil icrasını tələb etməsi ilə bağlı bəyanatlarına da toxunub: "Bizim onlara çox hörmətimiz var. Onlar bu gün canlarını əllərində tutub etiraz edirlər. Bu liderlər özlərinə də zülm olunandan və şəffaf seçki keçirilməsinin qarşısı alınandan sonra xalq etirazlarına qoşuldular. Buna görə də onların mənafeyi islam hakimiyyətinin daxilindədir. Amma indi bir qədər də azadlıq istəyirlər. Bunların mübarizəsi istibdadla deyil. Bəlkə də müstəbidlərlədir. Bunlar Xamneyi ilə mübarizə edirlər. Amma mövcud sistem nə qədər ki, qalır Xamneyi kimilər hakimiyyətdə olacaq. Fikrimcə, əsas qanun aradan qaldırılmalıdır. Mümkündür ki, Musəvi və Kərrubi cənablarının yaxşı niyyətləri var, amma tərəddüd içindədirlər, nə istədikləri aydın deyil". O, "yaşıl hərəkat" liderlərinin bəyanatlarına dəyişikliyi mümkün saydığını da xatırladıb: "Amma bizim istəyimiz ondan daha böyükdür. Fikrimcə, indi İranda daha böyük hərəkat yaranıb. Biz onlara deyirik ki, gəlin bu hərəkata qarışıb öz fundamental haqlarımızı tələb edək. Azərbaycanlılar gərək bu etiraz nümayişlərində iştirak edib öz haqlarını tələb etsin. Gərək Azərbaycana sərmayə yatırılsın. Gərək öz dilimizdə danışaq və məktəbimiz olsun". Nəsən Şəriətmədari bir qrup azərbaycanlı və digər qeyri-fars millətləri təmsilçilərinin "yaşıl hərəkat" barədə tənqidlərinə də işarə vurub: "Bir qrup deyir ki, bu hakimiyyətdə olanlar və ya farsların arasında olan bir davadır və bizim davamız deyil. Əgər bu mübarizə bizim mübarizəmiz deyilsə, bəs bizim mübarizəmiz nədir? İndi 1800 işçi Təbriz Neft-Kimya Zavodunda (Petroşimi) aclıq aksiyası edir. Əgər biz bu gün Təbrizi dəstəkləməyəcəyiksə, onların istəklərini himayə etməyəcəyiksə, nə zaman bu işi yerinə yetirəcəyik? Bu gün təbrizlilərin və Azərbaycan insanının gəlirləri və haqları verilmir. Aclıq çəkib, etiraz edirlər. Ona görə də Güney Azərbaycan Milli Nərəkatı İranın hər yerində mübarizəyə qatılmalıdır. Onlar hərəkatın içində həm azadlıq, həm demokratiya, həm qanunun aliliyi, həm də öz haqları ilə bağlı şüarlar səsləndirməlidir. Özümüz öz haqqımızı tələb etməliyik, çünki başqaları həmin haqları bizim üçün ala bilməz. Bu haqları birlikdə istəsək, ala bilərik. Əmin olun ki, haqqımızı ala bilərik. Çünki İrandakı siyasi partiyaların üzvlərinin ən azı 50 faizi azərbaycanlılardır və ölkə iqtisadiyyatında, siyasətində, ordusunda, o cümlədən ayətullahlarının içərisində böyük nüfuz sahibi olan çoxsaylı azərbaycanlı var". O, Azərbaycanın iki çatışmazlığı olduğuna diqqət çəkib: "Bunların biri bizim mədəni haqlarımız və dilimizdir, ikincisi isə İranda Azərbaycana sərmayə yatırılmaması və iş yerlərinin yaradılmamasıdır. Nər yerdə və hər zaman ayrı-seçkilik olacaq. Gərək bizim özümüzün hər yerdə nümayəndələrimiz olsun ki, arxamızca danışmasınlar. 1979-cu il inqilabı zamanı bizim istədiyimiz əsas qanun qəbul edilsəydi, bu gün Azərbaycan bu günə qalmazdı". Nəsən Şəriətmədari bildirib ki, azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar və digər xalqlar "yaşıl hərəkat"ın aksiyalarında iştirak etsə də, amma bu, qat-qat zəifdir: "Bu iştirak sadəcə etniklər yaşayan ərazilərdə görünmürdü. Bəlkə Tehran, İsfahan və Şirazdan başqa, digər şəhərlərdə də biz istədiyimiz qədər iştirak yox idi. Bunun səbəblərindən biri "yaşıl hərəkat"ın müxtəlif şəhərlərdəki insanların istəklərinə diqqət göstərməməsidir. Demokratiya, azadlıq və mədəni istəklər tələb etmək yaxşıdır, amma xalq ondan öncə məktəb, sağlamlıq, iş yeri və pul istəyir. Xalq istəyir ki, öz dilində məktəbi, qəzeti, kitabı olsun. Amma "yaşıl hərəkat" bunları müdafiə etmədiyi üçün xalqlar öz mənafeyini bu hərəkatda tapmadı və hərəkata qoşulmadı". Onun fikrincə, xalq liderlərini gözləmədən öz problemlərini səsləndirməlidir: "Gərək xalq öz problemini fəryad etsin. ""Yaşıl hərəkat"ın liderləri olmasına baxmayaraq, bu, heç kimin şəxsi hərəkatı deyil. Bu, xalqın hərəkatıdır. Millət meydanlara gəlib, can verib, şəhid verib. İranda yaşamaq istəyənlər öz istəklərini irəli sürməlidir. İrandan ayrılmaq istəyən azərbaycanlıların sayı isə olduqca azdır". Yaxın Şərq, Şimali Afrika ölkələrində, o cümlədən Misir, Tunis, Sudan, Əlcəzair və digər ölkələrdəki inqilablar, xalq hərəkatları, hökumət dəyişikliyi, üsyan, toqquşma və hətta vətəndaş müharibələrinə də toxunan Nəsən Şəriətmədari deyib ki, indiki nəsil internet və facebook nəslidir: "Bu, məlumatlı nəsildir. Bir qrup ona hökmranlıq edə bilməz. Bu nəsil rahatca bir-birini tapır. Meydanlara gəlir və böyük fironları devirir. Bu gün - sabah İran fironlarının növbəsidir. Biz gərək bu işə qarışaq və öz haqqımızı istəyək. "Bu bizim davamız deyil, bizim davamız sonra gələcək" deməməliyik. Bu, xalqı öz haqlarından məhrum etməkdi. Sabah iş o yerə çatacaq ki, iştirak etməyən bölgələr məzəmmət ediləcək. Azərbaycan İranda həmişə hərəkatların başında olub. Nesab edirəm ki, Azərbaycan indi də bu işi özü başlayıb və özü də sona çatdıracaq. Təbrizdə bir məsəl var: "Təbriz daş qazanı kimidir. Gec qaynayır, amma bərk qaynayır".

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter