گونئی آذربایجان دئموکرات پارتیاسینین اورمو گؤلو ایله باغله بیاناتی
قهرمان آذربایجان تورک میللتی،
مهکوم میللتلرین آسیمیلاسییاسینی داها دا سرعتلندیرمک اوچون، ایستئمار قوهلر هر زامان اونلاری کؤچدورمهیه مجبور ائتمهیه جان آتیرلار. چونکو، دوغما یوردوندان قوپان، دیگر بؤلگهلرده ایکینجی درجهلی یاشاییشا مجبور اولان میللت، اؤز میللی کیملیگیندن قوپماسی داها آسانلاشیر و ظلمه قارشی اعتراض ایرادهسی زیفلشیر.
ایران آدلانان اؤلکهده پهلوی دؤوروندن آذربایجانلیلارا قارشی مجبوری کؤچدورمه پلانی، دؤولتین اقتصادی آیری سئچکیلیک سیاستی ایله هایاتا کئچمیشدیر. بو سیاست اوندان سونرا ایران ایسلام جومهوریتی دؤورونده ده دوام ائتدیریلسه ده، لاکین بو گون اورمو گؤلونون قوروتما سیاستی ایله باشقا بیر بویوتو دا آشکار اولموشدور. اورمو گؤلونون قوروماسی و اوندان اطرافا سپهلنن دوز کولکلری ایله آذربایجان توپراقلارینین بیر چوخ قیسمی یاشاییش اوچون موناسیب اولمایاجاق. بوندان اؤنجه، اورمو گؤلونو قوروماسینا سبب اولان دؤولتین ایشلری قئیری-امدی اولاراق، تحلیل ائتمک اولسایدی دا، آرتیق ایران مجلیسینین اونون قورتارماسی ایله باغلی منفی توتومو و دؤولتین باش مسئوللارینین سوسماسی، بو ایشین امدی و پلانلی اولدوغونو هر کسه بللی ائتدی.
چاغداش دونیادا چئوره ساغلاملیغی، اینسانلارا ان اهمیتلی دیرلردندیر. بو دیرلره ضد اولاراق، ایران دؤولتی آذربایجانلی چئوره فاللرینا باسقی اویقولاییر و اونلاری هبسه و ایشکنجهیه معروض قویور کی، بو دا دؤولتین اورمو گؤلونون قوروتماق هدفینده اولدوغونا بیر سوبوتدور. دؤولتین بو پولیتیکاسینا اعتراض اولاراق، میللتیمیزین بوتون کسیملری آراسیندا اورمو گؤلونو خلاص ائتمک اوچون بیر میللی ایراده یارانمیشدیر. آرتیق اورمو گؤلو اولدوغو کیمی، وطنیمیزین اوریینه چئوریلمیش و بوتون آذربایجان بو اوریی ساوونماغا قالخمیشدیر.
گونئی آذربایجان دئموکرات پارتییاسی (گادپ) اولاراق، ایران ایسلام رئژیمینین بو قئیری اینسانی سیاستینی قینایاراق، میللتیمیزی بو سیاسته اعتراض ائتمهیه چاغیریریق. گونئی آذربایجان تشکیلاتلارینی، بو مسئلنی دونیا ایجتیمایاتینا چاتدیرماقدا، میللتیمیزین هارایی اولماقدا ایش بیریلیگینه دعوت ائدیریک.
گونئی آذربایجان دئموکرات پارتییاسی (گادپ)
2011-08-25
Güney Azərbaycan Demokrat Partiyasının Urmu Gölü ilə Bağlə Bəyanatı
Qəhrəman Azərbaycan Türk Milləti,
Məhküm millətlərin asimilasıyasını daha da sürətləndirmək üçün, istemar qüvvələri hər zaman onları köçdürməyə məcbur etməyə can atırlar. Çünkü, doğma yürdündan qopan, digər bölgələrdə ikinci dərəcəli yaşayışa məcbur olan millət, öz milli kimliyindən qopması daha asanlaşır və zülmə qarşı etiraz iradəsi zəifləşir.
İran adlanan ölkədə pəhləvi dövründən Azərbaycanlılara qarşı məcburi köçdürmə planı, dövlətin iqtisadi ayrı seçkilik siyasəti ilə hayata keçmişdir. Bu siyasət ondan sonra İran İslam cümhüriyyəti dövründə də dəvam etdirilsə də, lakin bu gün Urmu gölünün qurutma siyasəti ilə başqa bir boyutu da aşkar olmuşdur. Urmu Gölünün quruması və ondan ətrafa səpələnən düz küləkləri ilə Azərbaycan topraqlarının bir çox qismi yaşayış üçün münasib olmayacaq. Bundan öncə, Urmu Gölünü qurumasına səbəb olan dövlətin işləri qeyri-əmdi olaraq, təhlil etmək olsaydı da, artıq İran məclisinin onun qurtarması ilə bağlı mənfi tutumu və dövlətin baş məsullarının susması, bu işin əmdi və planlı olduğunu hər kəsə bəlli etdi.
Çağdaş dünyada çevrə sağlamlığı, insanlara ən əhəmiyyətli dəyərlərdəndir. Bu dəyərlərə zidd olaraq, İran dövləti Azərbaycanlı çevrə fəallrına basqı uyqulayır və onları həbsə və işkəncəyə məruz qoyur ki, bu da dövlətin Urmu gölünün qurutmaq hədəfində olduğuna bir sübütdür. Dövlətin bu politikasına etiraz olaraq, Millətimizin bütün kəsimləri arasında Urmu Gölünü xilas etmək üçün bir milli iradə yaranmışdır. Artıq Urmu Gölü olduğu kimi, Vətənimizin ürəyinə çevrilmiş və bütün Azərbaycan bu ürəyi savunmağa qalxmışdır.
Güney Azərbaycan Demokrat Partıyası (GADP) olaraq, İran islam rejiminin bu qeyri insanı siyasətini qınayaraq, millətimizi bu siyasətə etiraz etməyə çağırırıq. Güney Azərbaycan təşkilatlarını, bu məsələni dünya ictimaiyyatına çatdırmaqda, millətimizin harayı olmaqda iş biriliyinə dəvət edirik.
Güney Azərbaycan Demokrat Partıyası (GADP)
2011-08-25