English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Molla rejimində islamçılıq qalmayıb

AZOH: İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” könüllülərinin komandanı Məhəmmədrza Nəqdinin sərt bəyanatına sərt də cavab verib.

Məhəmmədrza Nəqdi martın 8-də jurnalistlərə açıqlamasında müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubini “pozğun və əcnəbi nökəri” adlandıraraq onların mühakimə olunaraq cəzalandırılmasını tələb etmişdi: “Bu iki fəsadçı, pozğun, yer üzündə fəsad törədən, muzdur və əcnəbi nökərinin mühakimə olunaraq cəzalandırılmasını tələb etmək xalqın haqqıdır”.

“Media forum” saytının məlumatına görə, Hüseyn Kərrubi martın 10-da jurnalistlərə açıqlamasında “Bəsic” komandanına belə cavablayıb: “Hər gün atamın həmişə dediyi “Bu sistemdə nə respublikaçılıq ənənəsindən əsər-əlamət qalıb, nə də islamçılıqdan” sözünə daha artıq inanıram. Çünki asılı diktator bir sistemin yerinə qanunsuz bir hökumət iş başına gəlib”.

İranın indiki hakimlərini “Özünü müsəlmana oxşadan bir ovuc işgəncə verən zülmkar müstəntiq” adlandıran Hüseyn Kərrubi deyib: “Cənab Nəqdi! Xalqın qanını töküb yer üzündə törətdiyi fəsada görə cəzalandırılmalı olan şəxs elə siz özünüzsünüz. Əllərindən alınmış adi hüquqları uğrunda dinc mübarizə aparan insanlar yox, başqalarını girov götürənlər və insanların hüquqlarına təcavüz edənlər cəzalandırılmalıdır”.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter