English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Sayman Aruz İle Musahibə

Gözlərimdən kədərli insan keçir
Ürəyimdən nəmişli zindan keçir

Bu sətirlərin müəllifi Güneyli şair Sayman Aruzdur. Gözlərində kədərli insan görmək istəyən bu şair görəsən niyə nəmişli zindana düşmək istəyir. Bəlkə o da bir çox azadlıq aşiqləri kimi zindan həyatını qanına hopdurmaq eşqiylə yaşayır. Bilmək olmaz, bəlkə o həyatı yaşayıb... Bütün bunları isə elə onun özündən soruşsaq, yaxşı olar. Buyurun, bu həftənin ədəbi qonağı Sayman Aruzdur...

-------------------------------------------------------

Gözlərimdən kədərli insan keçir
Ürəyimdən nəmişli zindan keçir


Bu sətirlərin müəllifi Güneyli şair Sayman Aruzdur. Gözlərində kədərli insan görmək istəyən bu şair görəsən niyə nəmişli zindana düşmək istəyir. Bəlkə o da bir çox azadlıq aşiqləri kimi zindan həyatını qanına hopdurmaq eşqiylə yaşayır. Bilmək olmaz, bəlkə o həyatı yaşayıb... Bütün bunları isə elə onun özündən soruşsaq, yaxşı olar. Buyurun, bu həftənin ədəbi qonağı Sayman Aruzdur...

- Xoş gördük. Öncə özünüzü təqdim edin.
- Mən Sayman Aruz (Həsənzadə). Dünya Azərbaycanli Yazarlar Qurumunun rəhbəri, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney şöbəsində çalışıram.
- Səhv etmirəmsə, siz Təbrizdən Azərbaycana gələndə öz ad və soyadınızla gəlmişdiniz. İndi isə hamı sizi  “Sayman Aruz” kimi tanıyır. Bu ləqəb düşərli oldumu?
- Umumiyyətdə ədəbi mühütdə adətən yazarın, şairin onu əks etdirən bir adı olur. Məndə də təbii olaraq bu cür alındı. O taydakı milli yazarlarımızın tariximizə qayıdış hissi deyərdim, daha güclüdür, yəqin bunun da təsiri var bu adımda. Güneydə gedən milli hərəkatın nə dərəcədə güclü olmasından xəbəriniz var. Həmin hərəkatın amacı, milli varlıqlar və milli kimliklərə əl çatmaq və inkişaf elətdirməkdir. Biz də milli hərəkatın önündə olan insanlar kimi, öncə fars və ərəb adlarından imtina eləməyi özümüzə borc bilirik. Hər adın arxasında həmin millətin keçmişi və gələcəyi gizlənir. Bizim kimliyimizi və zəngin tariximizi, fars və ərəb adlarının arxasında gizlətməyə çalışırlar. Məncə, Azərbaycan türklərinin hər biri bu işi görməlidir.
- Sizi yaxından tanıdığıma görə deyə bilərəm ki, qısa zaman kəsiyində Azərbaycanda geniş ədəbi fəaliyyətinizə görə siz indi Azərbaycan Yazıçılar Birliyində çalışırsınız. Bəlkə bu yolu necə keçdiyinizi anladasınız?
- Insan zəhmətsiz heç nəyi əldə edə bilməz. Mənim əldə elədiyim uğurlar da öz əməyimin sayəsindədir. Məncə, səbr və istedada söykənən hər bir insan özünə layıq olan yeri tuta bilər. Yazıçılar Birliynə getməyimin əsas səbəbi isə, orada Güney Azərbaycan şöbəsinin çagdaş ədəbi əlaqələrin daha aktiv formaya gəlməsi istəyidir.Keçən  iki il ərzində, Güney Azərbaycanda olan problemləri və ədəbi-siyasi prosesləri önəmə çəkib, onu bu tayli soydaşlarımıza şatdırılmasına çalışmışam. Müstəqil Azərbaycan, bizim də Vətənimizdir. Bizim də burda payımız var. Indiki durumda isə biz o taylı soydaşlarımızın bu taydan yardım payını dövlətimizdən istəyirik. Güney, Quzeyin Gücüdür. Qarabağın azad olunmasını tələb ediriksə, onda gərək bu həqiqəti də bilək ki, Qarabağın azadlıq yolu Güneydən keçir. Mənim  ədəbi-ictimai  zəhmətlərim nəticə etibarilə məni  hələki AYB-yə gətirib çıxarıb. Orda da böyük həcmdə görüləcək işlərə maddi imkan hələkik yoxdur. Amma AYB-də çalışmağımı, dövlətimizin mənlə marağlanması və mənə göstərdiyi qayğı kimi dəyərləndirirəm.
- Dünya Azərbaycanlı Yazarlar Qurumu yaradılanda bəzi millət vəkilləri və yazarlar sizə birgə çalışmaq təklifi bulmuşdular. Ancaq siz təkbaşına çalışmaq qərarına gəldiniz və bəlkə də seçiminizdə yanılmadınız, çünki DAYAQ artıq Azərbaycanda tanınan bir quruma çevrilib və onun çoxsaylı kitab nəşrləri və saytı var...
- Bir neçə millət vəkili mənə bu yolda yardım etmək istədilər. Amma doğrusu, baxdım, gördüm ki, onların bu məsələyə istəkləri olsa da,  umumiyyətdə Güney məsələsinə məqsədyönlü şəkildə yanaşmırlar.Əlbəttə, bu, yaxşı haldır ki, hər bir vətəndaşımız və xüsusilə dövlət adamlarımız bu məsələyə diqqət edir. Amma bu diqqət, yalnız ümidverici sözlərdə bitməməlidir. Mənsə onlar kimi özümü reklam etmək yox, bəlkə iş görmək qərarındaydım. Ona görə də bu yolda ciddi şəkildə çalışanlarla birlikdə davam etməyi məsləhət gördüm. Bizim, güneylilərin kitablarını çap etmək üçün vəsaitə ehtiyacımız var. Heç olmasa ayda bir yeni kitab çap etməliyik ki, Güney ədəbiyyatını, orada olan zəngin ədəbi irsi və istiqlal arzusunu dünyaya çatdıraq. Azərbaycan ədəbiyyatı o zaman kamil ola bilər ki, Güney və Quzey, birgə ədəbiyyatın yaranmasına əl atsınlar. Yalnız belə bir halda, işlək bir dil ortaya çıxar.
- Həmişə şairlərə verilən bəsit sualı sizə vermək istəyirəm. İlk şeirinizi nə vaxt və nəyə həsr edibsiniz?
- Ilk şeirimi bəlkə 7-8 yaşımda yazmışam. Həyətimizdə olan gilas ağacı isə onun səbəbkari olmuşdu. Yadıma gəlir ki, atam məndə ağac barədə öz fikirlərimi yazmağımı istədi. Mənsə bir səhifə şeir ilə onu təəccübləndirmişdim. O şeir hələ də durur.
- Ara-sıra hekayələriniz də çap olunur, deyəsən nasir olmaq fikrinə düşmüsünüz?
- Hər bir yazar dövrünün hadisələrini müxtəlif formalarda xalqa çatdırır. Bu hərdən şer, hərdən isə nəsr əsərləri kimi özünü büruzə verir.Yəni yaradıcı insan üşün hadisələrə münasibət formasi onun özündən asılı olmadan yaranır. Bu baxımdan mənim də yaradıcılığımda şer və nəsr var. Romana gəlincə isə bu mənim həyat təcrübəm və həyatda gordüyüm müxtəlig real hadisələrin tərrənümünün ifadəsidir. Romanım demək olar ki, yekunlaşmaq üzrədir.
- Təbii ki, Təbrizdən gələn şairə Təbrizdən sual verməsək, bizi oxucularımız anlamaz. Güney Azərbaycanın ədəbi aləmi haqqında bəlkə bir az bilgi verəsiniz.
- Güney çağdaş durumu çox ümidvericidir. Ədəbiyyatla məşqul olan böyük bir kütlə var. Hekayə yazanlar, şeir yazanlar, roman yazanlar və hətta tənqidçilərimiz bir gün belə dayanmadan yazıb-araşdırırlar. Ədəbiyyat ən böyük siyasətdir. Bu proses gücləndikcə biz istiqlalımıza yaxınlaşırıq. Güney ədəbiyyatına yardım etmək, Güney Azərbaycanın istiqlalına qayğı göstərməkdir. Nasir Mənzuri, Eyvaz Taha, Rəsul Yunan, Cəfər Bozorgəmin, Nadir Əzhəri, Hadı Qaraçay, Kiyan Xiov, Nigar Xiyavi, Duman Ərdəm, Atila İskəndani, Elvarl Qulivənd, Baraz, Səid Muğanlı... Bunlar Güney yazarlarıdır.
- Deyirlər ki, yazarlar dünyanın ən xoşbəxt insanlarıdır. Siz özünüzü xoşbəxt hesab edirsinizmi?
- Mən xoşbəxtəm. Yalnız yazıçı olmağıma görə yox, Azərbaycanlı olmağıma görə, milli yolda olmağıma görə, sürgün taleyini yaşamağıma görə də xoşbəxtəm. Bu taleyi yaşamaq hər bir adama qismət olmur. Bu yolu bütün acılaryla, yalqızlıqlaryla, pulsuzluqlarıyla sevirəm. Mən sevirəm, ona görə də xoşbəxtəm. Mən seçilmişəm! Ona görə də xoşbəxtəm.
- Tarixən Quzey ədəbiyyatı ilə Güney ədəbiyyatı arasında həmişə fərqli detallar mövcud olub. Bu fərqi aradan qaldırmaq lazımdırmı? Bəlkə hər şey qoy öz axarıyla getsin...
- Onsuz da hər şey öz axarınya gedir. Məncə onun axarını dəyişmək yox, bəlkə kamilləşdirmək və bütövləşdirmək lazımdır. Bizim bütöv millət, bütöv ərazi və bütöv ədəbiyyata ehtiyacımız var. Işlək və bütöv  dilə ehtiyacımız var. Bir millətin nə üçün dili və ədəbiyyatı fərqli olmalıdır. Ədəbiyyat ləhcə deyil ki dili dəyişsin. Müxtəlif baxışlar və düşüncələrin olması və ya müxtəlif yazarların müxtəlif üslubları ola bilər, amma ədəbiyyat bir və bütöv olmalıdır.
-  Əlinə qələm alan hər bir yazar Nobel ödülü almaq fikrinə düşür. Sizcə, nə vaxtsa azərbaycanlı yazara Nobel verəcəklərm

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter