English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Müxalifət aprelin 2-nə mitinq təyin edib

AZOH: Mitinqdən öncə Azərbaycan xalqına müraciət ediləcək. Kütləvi aksiya üçün paytaxt meriyasından Nərimanov kinoteatrının qarşısındakı meydan istəniləcək. Martın 12-də keçirilən aksiya zamanı saxlananlardan 9 nəfərə 7-10 sutka həbs verilib.

Müxalifətdə olan siyasi partiyaların, deputatlığa namizədlərin, ziyalıların və ictimai xadimlərin birləşdiyi İctimai Palatanın Koordinasiya Şurası bu il aprelin 2-də mitinq keçirilməsi ilə bağlı qərara qəbul edib. Qərara görə, mitinq yalnız Bakı şəhərində keçiriləcək. Mitinqdən öncə Azərbaycan xalqına müraciət ediləcək.  Kütləvi aksiya üçün paytaxt meriyasından Nərimanov kinoteatrının qarşısındakı meydan istəniləcək.

İctimai Palata bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti Nərimanov kinoteatrının qarşısındakı meydanda mitinqin keçirilməsinə icazə verməzsə, aksiya paytaxtın mərkəzi meydanlarından olan  Fəvvarələr meydanında olacaq.

Xatırladaq ki, martın 11-də və 12-də  Bakıda etiraz aksiyaları olub.

Müsavat Partiyası martın 12-də keçirilən etiraz aksiyasında iştiraka görə 15 nəfərin inzibati həbsə məruz qaldığını bildirib.

Partiyanın məlumatında deyilir ki, 100-dən çox aksiya iştirakçısı saxlanılıb. Onlardan 65-i polisə aparılıb. 15 nəfər məhkəmələrə göndərilib. 9 nəfər 7-10 sutka həbs cəzasına məhkum edilib, 5 nəfər 20-30 manat arasında cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter