English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Yaponiyanı radiasiya örtür

AZOH: Yaponiyanın Baş naziri Naoto Kan deyib ki, zəlzələ və sunamidən zədələnən atom elektrik stansiyasında üçüncü reaktordan da radiasiya yayılır.

Baş nazir keçirdiyi mətbuat konfransında daha çox radiasiya sızması olacağı ilə bağlı xəbərdarlıq edib. O, və «Fukusima Dayiçi» stansiyasından 30 km radiusda yaşayan adamları örtülü yerlərə sığınmağa çağırıb.

BMT-nin Atom Enerjisi üzrə Agentliyi isə martın 14-də bildirib ki, Yaponiya zədələnmiş atom stansiyasının zərərsizləşdirilməsi üçün onlardan yardım xahiş edib. Bu müraciət indi müzakirə edilir.

Yaponiyada martın 11-də baş verən 8.9 bal gücündə zəlzələdən «Fukusima» atom elektrik stansiyasının reaktorlarından birinin soyutma sistemi sıradan çıxmışdı. Sonrakı günlərdə isə üçüncü reaktorda da soyutma sistemi sıradan çıxıb, partlayışda 11 nəfər yaralanıb.

Rəsmi məlumata görə, paytaxt Tokionun 240 kilometrliyində yerləşən bu stansiyanın ətrafında radiasiya artıb, amma insan sağlamlığına zərərli səviyyədə deyil.

Zəlzələ və onun ardınca başlayan sunamidən həlak olanların sayının 10 000 nəfərə çata biləcəyi ehtimal edilir.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter