English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İCTİMAİ PALATA APRELİN 2-nə MİTİNQ TƏYİN ETDİ

AZOH: Qurumun Koordinasiya Şurası növbədənkənar toplandı; qurum tarixi qərarlar verdi

Dünən saat 16-da İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı keçirilib. Koordinasiya Şurasının ənənəvi olaraq həftənin 4-cü günü keçirilən iclasının dünənə salınması ötən həftənin cümə və şənbə günləri keçirilən kütləvi aksiyalardan sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyətlə bağlı olub.

İclasa AXCP sədri Əli Kərimli sədrlik edib. Əli Kərimlinin “Yeni Müsavat”a verdiyi məlumata görə, toplantıda 11 martda gənclərin, 12 martda Müsavatın keçirdiyi etiraz aksiyalarının nəticələri müzakirə olunub. İP-in mitinqinin təyin edilməsi ilə bağlı təkliflərə baxılıb: “11 martda müstəqil Azərbaycan gənclərinin təyin etdiyi aksiyanın nəticələri müsbət qiymətləndirildi. Qeyd olundu ki, bu aksiya, xüsusilə onun yeni mediada çox güclü təbliğ olunması Azərbaycan üçün yeni bir başlanğıcdır. Bu, Azərbaycanın müstəqil gənclərinin siyasətə müstəqil müdaxiləsi idi; onların ictimai-siyasi proseslərə ciddi şəkildə gəlişindən xəbər verir. İctimai Palatanın Koordinasiya Şurası gənclərin aksiyasını təqdir edir, onların mübarizəsini bütövlükdə Azərbaycan üçün faydalı sayır.

Müsavat Partiyasının 12 mart mitinqinin nəticələri də qiymətləndirildi. Aksiya çox uğurlu kimi dəyərləndirildi. Qeyd olundu ki, bu aksiya da İctimai Palatanın keçirməyi planlaşdırdığı silsilə aksiyalarının tərkib hissəsi və uğurlu başlanğıc kimi qiymətləndirilməlidir".

Əli Kərimli iclasda İP-in mitinq qərarı verməsi ilə bağlı məsələyə baxıldığını da dedi: “Müzakirələr zamanı Koordinasiya Şurasının üzvləri yekdilliklə qərara gəldilər ki, İctimai Palatanın adından mitinqlər təyin edilməli, kütləvi etiraz aksiyaları İctimai Palata tərəfindən həyata keçirilməlidir. İctimai Palatanın Koordinasiya Şurası qərara gəldi ki, mitinq apreln 2-nə, saat 14-ə təyin olunsun. Mitinqdən öncə Azərbaycan xalqına müraciət olunacaq. Kütləvi aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən "Nərimanov" kinoteatrının qarşısındakı meydan istəniləcək. Əgər BŞİH bu variantla razılaşmasa, mitinq həmin vaxtda Fəvvarələr meydanında keçiriləcək. Eyni zamanda qərara gəlindi ki, İctimai Palatanın bu ayın axırında nəzərdə tutulan sessiyasının keçirilməsi sürətləndirilsin. 24 martda palatanın 3-cü sessiyasının keçirilməsi barədə yekdil qərar verildi. Koordinasiya Şurasının mitinqlə bağlı qərarı da sessiyada bir daha müzakirəyə çıxarılacaq”.

Əli Kərimli həmçinin qeyd etdi ki, Koordinasiya Şurası KXCP sədri Mirmahmud Mirəlioğlu başda olmaqla, bu partiyanın fəallarının Yevlaxda konfrans keçirən zaman rastlaşdıqları qanunsuz polis müdaxiləsinə də münasibət bildirib: “Bəyan olundu ki, siyasi partiyanın hətta ev şəraitində də konfrans keçirməsinə mane olmaq nəinki qanunların, konstitusiyanın pozulmasıdır; bu, birbaşa ölkədə çoxpartiyalılıq prinsiplərinə vurulan zərbədir. Azərbaycandakı avtoritar rejimin idarəetmə təfəkkürü haqqında təsəvvür yaradan çox neqativ bir faktdır. Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti təkpartiyalı sistemin bərqərar olması istiqamətində öz fəaliyyətini davam etdirir”.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter