İRANDA HƏBSXANADA TOQQUŞMA
AZOH: İranda bir həbsxanada baş verən toqquşmada 14 nəfər ölüb, 33 nəfər yaralanıb.
Dövlət televiziyası paytaxt Tehranın qərbindəki Kərəc şəhərindəki həbsxanada baş verən toqquşmanı təhlükəsizlik qüvvələrinin 9 saatda yatışdıra bildiyini açıqlayıb.
Yarırəsmi Mehr Xəbər Agentliyi isə ölüm və yaralanmaların edam məhkumu olan narkotik maddə qaçaqmalçılarının həbsxanadan qaçma təşəbbüsündən sonra başlayan atışma nəticəsində baş verdiyini xəbər verib.
TRT