English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BAGT Gəncədə tədbir keçirdi

Bütöv Azərbaycan Gənclər Təşkilatı ( BAGT) Gəncədə “ İranın irqcı siyasəti və Güney Azərbaycan” mövzusunda ziyalıların, gənclərin və media nümayəndələrinin iştirakıyla tədbir keçirdi. Tədbirə Bakıdan bir cox ziyalılar qatılmışdı Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin, BAGT-nin sədri Ruslan İzzətli, dəyərli ziyalımız Aydın Mədətoğlu, Kimlik dərgisinin baş redaktoru Sirus Azadı, Güney Azərbaycan Hərəkatının fəalı Hakim Sadıqov, BAGT-nin sədr müavini Araz Bayramov..

BAGT-nin Gəncə şöbəsinin fəalları, Gəncənin ziyalılarının iştirakıla kecirilən tədbirdə qonaqlar və tədbir iştirakcıları İranın irqçı siyasəti və Güney Azərbaycan hərəkatı haqda danışdılar.

Tədbirə aparıcılıq edən BAGT-nin Gəncə şöbəsinin sədri Zəka Sahibli BAGT-nin Gəncədə gördüyü işlər və gənclərin Bütöv Azərbaycan ideyası uğrunda gördükləri işlərdən tədbir iştirakcılarına məlumat verdi.

BAGT-nin sədri Ruslan İzzətli çıxşında gənclərin İranın irqci siyasətinə və Quzey Azərbaycanda apardığı “dini” siyasətə qarşı birləşməyə və bu yöndə işlər görməyə çağırdı. Ruslan bəy çıxışında 3 oktyabr 2011-ci ildə Bakıda keçiriləcək İran Mədəniyyət günlərinin keçirilməsinə öz etirazın bildirdi.

GADP-nin sədri Mahmud Bilgin Güney Azərbaycan Hərəkatının inkişafından və bu yöndə çalışmaları haqda tədbir iştirakcılarına məlumat verdi.

Tədbirdə iştirak edən Aydın Mədətoğlu, Hakim Sadıqov, Sirus Azadi, Gəncə ziyalılarından Əlvan Kəbirli, Rəşid müəllim və gənclər İranın soydaşlarımıza etdiyi işgəncə siyasətin pislədi və gəncləri, Azərbaycan cəmiyyətin bu siyasətin qarşısın almaq üçün Güneyli soydaşlarımıza dəstək verməyə cağırdılar....

BAGT-nin mətbuat xidməti

http://up1.iranblog.com/images/1ix1v9y21009gi0co7iw.jpg

http://up1.iranblog.com/images/oe5ix9c0e9chbznstr.jpg

http://up1.iranblog.com/images/fvj7jmbae1j2gsglys4.jpg

http://up1.iranblog.com/images/mainerr0t3lcij1flqt.jpg

http://up1.iranblog.com/images/m997atxzxbetacbf2907.jpg

http://up1.iranblog.com/images/03z3jdmth78yd2sszcn3.jpg


Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter