English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əsirlər dəyişdirildi

AZOH: Anar Hacıyevin anası: "Hələ də inana bilmirəm ki, oğlumu ermənilərdən alıb, geri qaytarıblar"

Dünən Azərbaycan Ordusunun erməni əsirliyində olan çavuşu Anar Hacıyev azad edilib. Beynəlxalq Qızıl Xaç Komitəsindən "Şərq"ə verilən məlumata görə, əsirlərin dəyişdirilməsi prosesi ötən gün cəbhə xəttinin Ağdam istiqamətində yerləşən Baş Qərvənd kəndində baş tutub. Azərbaycan tərəfi isə Ermənistan vətəndaşı olan mülki şəxs, 1978-ci il təvəllüdlü Artur Badalyanı qarşı tərəfə təhvil verib.

Proses Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Hacıyev 2009-cu il mayın 10-da qoşunların Füzuli rayonu ərazisində yerləşən təmas xəttində əsir düşmüşdü. Ermənilər onun könüllü təslim olduğunu iddia edirdilər. Onu da xatırladaq ki, hazırda Ermənistanda bir Azərbaycan hərbçisi əsirlikdə qalıb. Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov ötən il avqustun 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

"Biz çox şadıq ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində bu ölkələrin başçıları tərəfindən 2010-cu ilin oktyabr ayında Həştərxan görüşü zamanı götürdükləri və 2011-ci ilin mart ayında Soçidə bir daha təsdiq etdikləri öhdəlikləri yerinə yetirib".

APA-nın məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrəvan nümayəndəliyinin başçısı Lorenzo Karaffi dünən Ermənistanda əsirlikdə saxlanılan bir Azərbaycan hərbçisi və Azərbaycanda saxlanılan bir mülki erməni şəxsin qarşı tərəfə təhvil verilməsini şərh edərkən deyib: "Neytral vasitəçi kimi çıxış edərək və mandatımıza uyğun olaraq biz qaytarılma əməliyyatını Ermənistan və Azərbaycan hökumətlərinin xahişi əsasında yerinə yetirdik. Əməliyyatdan qabaq BQXK bir daha əmin oldu ki, sözügedən şəxslər öz azad istəklərinə uyğun olaraq qayıdırlar", - deyə o bildirib.

BQXK nümayəndəsi deyib ki, dünən Ermənistanda, İrəvanda saxlanılan azərbaycanlı hərbi qulluqçu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayədarlığı altında Azərbaycan hökumətinə qaytarılıb. Dünən BQXK Azərbaycanda saxlanılan erməni mülki şəxsi də qaytarıb. Əməliyyat Ağdam rayonunun təmas xətti yaxınlığında yerləşən Baş Qərvənd kəndində baş tutub. L. Karaffi deyib ki, qurumun nümayəndələri qaytarılan şəxslərin saxlanma şəraitini və onlarla rəftarı ətraflı öyrənmək məqsədilə əməliyyatdan qabaq bir neçə dəfə onlara baş çəkib: "Qaytarılan şəxslərdən biri qaytarılma əməliyyatından qabaq BQXK nümayəndələri ilə son görüş zamanı belə dedi: "Mən xoşbəxtəm ki, ailəmə qayıdıram və son dəfə gördüyüm vaxtdan yetərincə böyümüş oğlumu görməyə can atıram"".

L. Karrafi BQXK-nın, həmçinin, qaytarılan şəxslərin saxlanılması müddəti ərzində onların ailələri və qohumları arasında xəbərlərin çatdırılmasına imkan yaratdığını da söyləyib.

Bunu APA-nın Qarabağ bürosuna dünən erməni əsirliyindən Azərbaycana təhvil verilən Azərbaycan hərbçisi Anar Hacıyevin anası Nailə Hacıyeva bildirib. Bu gün baş tutan qaytarılma prosesində iştirak etmək üçün Ağdam rayonuna gəlmiş Nailə Hacıyeva oğlunun geri qaytarılması barədə dünən televiziyadan eşitdiyini deyib. N. Hacıyeva oğlunun əsirlikdə olduğu müddət ərzində sonuncu dəfə ötən ilin dekabr ayının ortalarında məktub yazdığını xatırladıb: "Bilmirəm, Anarla nə vaxt görüşəcəyik. Əsas odur ki, oğlum indi Azərbaycan tərəfdədir. Daha narahatlıq törədən bir səbəb yoxdur. Anarın Azərbaycanda olması mənə bəsdir".

N. Hacıyeva onu da deyib ki, Anarın əsirlikdən alınıb Azərbaycan hərbiçilərinə təhvil verildiyi xəbərini ilk olaraq ona Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları telefon vasitəsi ilə çatdırıblar.

APA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter