English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRƏVANDA MEYDANA 100 MİN İNSAN ÇIXIB

AZOH: Ermənistan müxalifəti siyasi mübariziə yolu ilə ölkədə dəyişikliklərə nail olmaq niyyətindədir. Trend-in "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan cümə axşamı Yerevanda mitinqdə deyib.

"Bizim özfəaliyyətlə məşğul olmağa hüququmuz çatmır. Biz ölkədə dəyişikliklərə "nəyin bahasına olursa-olsun"la deyil, siyasi mübarizə vasitəsilə nail olmalıyıq", - o "Matenadaran" qədim əlyazmalar institutunun qarşısına toplaşan çoxsaylı miqitinqçilər qarşısında çıxışı zamanı bildirib.

Ter-Petrosyan qeyd edib ki, bugünkü aksiya mitinq yox, ciddi siyasi mübarizədir.

"Biz başa düşməliyik ki, bu gün və ya sabah, yaxud indi heç nə olmayacaq. Hər şey öz vaxtında olmalıdır, bizim hamımız (mitinqçilər) bu siyasi prosesin iştirakçılarıyıq", - o qeyd edib.

Onun sözlərinə görə, müxalifət öz addımlarını diqqətlə öyrənir. "Biz boksa gəlməmişik, biz şahmat oynayırıq, şahmatda isə beyin lazımdır, odur ki, beyinsiz şahmat təlxəkliyə çevrilər", - Ter-Petrosyan vurğulayıb.

Onun qiymətləndirmələrinə görə, mitinqdə 100 minə yaxın insan iştirak edir. "Ermənistan hakimiyyəti əvvəlki 50 minlik mitinqdən qorxmadısa, bügünkü 100 min onları ayıltmalı, 200 minlik isə artıq hər şeyi həll etməlidir. Daha bir mitinq... Və hakimiyyət burada bütün xalqı görəcək", - EMK lideri əmindir.

Konqres martın 17-dən 31-dək hər gün mitinq və yürüşlər keçirmək niyyətindədir.

Ermənistan polisi sonradan mitinq iştirakçılarının sayı barədə məlumatı təqdim edəcəyinə söz verib.

"Armenia Today"in məlumatına görə, EMK hamını küçələrə çıxmağa və Prezident Serj Sarkisyanın istefasına nail olmayanadək evlərinə qayıtmamağa çağırır.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter