English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İBRAHİM TATLISƏSİN QƏTLİNİ PKK SİFARİŞ EDİBMİŞ

AZOH: Məşhur müğənni İbrahim Tatlısəsə sui-qəsdin arxasından PKK barmağı çıxdı. Bu barədə Türkiyədən yayınlanan "Fox TV" xəbər yayıb.

Telekanalın xəbərlər bülletenində yer alan eksklüziv xəbərə görə, sui-qəsdi həyata keçirən Abdulla Uçmak İbrahim Tatlısəsə atəş açmazdan bir az əvvəl PKK yetkililəri ilə telefon əlaqəsi saxlayıb.

Son günlərdə bir neçə dəfə A.Uçmakı arayan PKK-lılar İbrahim Tatlısəsin ötən həftə dediyi "müxalifətdə olmağı heç sevmirəm, iqtidar partiyasından deputatlığa namizəd olmağı düşünürəm" sözlərindən sonra hərəkətə keçiblər və müğənni ilə 13 illik düşmənçiliyi olan reket A.Uçmaka belə bir təlimat veriblər: "Adam bizə xəyanət etdi, AKP-yə yaxınlaşır. Onu durdurmaq lazımdır".

Hüquq-mühafizə orqanları onu da aydınlaşdırıblar ki, A.Uçmakla PKK yetkililəri arasında şifrəli xəbərləşmə də olub. Sui-qəsdin həyata keçirilməsindən sonra müğənninin ölmədiyini öyərənən PKK-çılar İbrahim Tatlısəsi xəstəxanada öldürtmək üçün yeni bir təlimat verib, yarımçıq qalmış işi başa çatdırmağı əmr ediblər. Ancaq kriminalistlərin dinləməyə başladıqları telefon danşıqları nəticəsində ikinci sui-qəsdin üstü açılıb.

Hazırda qalmaqallı sui-qəsdə adı qarışan bütün şəxslərin həbs edilməsi üçün əməliyyatlar aparılır.

Onu da qeyd edək ki, "Yeni Müsavat" qəzeti İ.Tatlısəsin həyatına sui-qəsddən dərhal sonta bu əməlin müğənninin deputatlığa namizədliyini irəli sürməsi ilə bağlı ola biləcəyini yazmışdı. Son günə qədər bu versiyaya Türkiyə mediasında belə rast gəlinmirdi.

Hadisədən iki gün sonra PKK rəisləri açıqlama yayaraq sui-qəsdlə əlaqələri olmadığını bildirmişdilər. Ancaq təkzibedilməz dəlillər sübut edir ki, hər halda bağlantı varmış.

musavat.com

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter