English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Gaddafinin qərargahı dağıdıldı

AZOH: Muammara Gaddafi rejiminə qarşı BMT Təhülkəsizlik Şurasının tətbiq etdi uçuşlara qadağa qərarının icası üçün koalisiya qüvvələri hərbi əməliyyatlarını davam etdirirlər. Fransa, Britaniya, ABŞ, İtaliya Kanada və başqa ölkələrin qoşulduqları koalisya qüvvələri artıq qadağa qərarının işədiyini bildirirlər.

Gaddafi rejiminin elan etdiyi atəşkəs bəyanatını ABŞ rədd edib. Vaşinqtonda hesab edirlər ki, bunlar yalnız sözdə bəyanatlardır, əslində Gaddafiyə tabe olan silahlı qüvvələr dinc sakinlərə qarşı əməliyyatlarını davam etdirirlər.

Hazırda Gaddafinin özününü harda olduğu bəlli deyil.

Liviya rəsmiləri bazar günü paytaxt Tripoliyə atılan raketin Gaddafinin şəxsi qərargahının yerləşdiyi binanı dağıtdığını deyirlər. Amma ABŞ hərbi dəniz donanmasının rəsmisi vitse-admiral William Gortney Gaddafinin özününü özününü hədəfə alınmadığını bildirir:

- Bu hücumlar yalnız rejimin alində olan havadan müdafiə sistemlərinin məhvinə yönəlib. Bu sistemlərlə onlar SA-5 tipli yer-hava raketləri ata bilirlər.

Ərəb üsyanları

Koalisiya müxalifətin Milli Şurasının yerləşdiyi Benghazi şəhəri yaxınlığında Gaddafi qüvvələrinin tanklarının və başqa hərbi texnikasının məhv edildiyini bildirir.

Ərəb Liqasının Liviya rejiminə qarşı hərbi həmlələrini tənqid etməsindən sonra koalisiyaya diplomatik dəstəklə bağlı narahatlıqlar yaranıb. Liqanın rəhbəri Amr Moussa Misirdə bildirib ki, hazırda aparılan hərbi əməliyyatlar onların bundan əvvəl nəzərdə tutuduqları və müdafiə etdikləri çərçivələri aşır.

Amma Qərb qüvvələri heç bir mülki obyektlərin bombardman edilmədiyini bildiriblər.

Bundan əvvəl Ərəb Liqası ölkələri Liviya üzərindən uçuşlara qadağa qoyulmasını müdafiə etmişdi.

Fransa prezidenti Nicola Sarkozy deyib ki, ərəb ölkələrinin bu kampaniyanı müdafiə etməsinin əlaməti kimi Misirin hərbi təyyarələri də birbaşa əməliyyatlara qoşulacaq.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter