English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

AZAD Vaşinqtonda etiraz aksiyası keçirdi

AZOH: Etirazçılar Azərbaycanda son zamanlar gənclərin kütləvi şəkildə həbsini pisləyib, Azərbaycan rəsmilərini insan haqlarına, söz və toplaşma azadlığına hörmət etməyə səsləyib

Martın 19-da Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda – AZAD-ın təşkilatçılığa bir qrup insan Azərbaycanın Vaşinqtondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. “Azad Azərbaycan yürüşü” adlanan nümayişin 30-a yaxın iştirakçısı Azərbaycanda son zamanlar gənclərin kütləvi şəkildə həbsini pisləyib, Azərbaycan rəsmilərini insan haqlarına, söz və toplaşma azadlığına hörmət etməyə səsləyib. Azərbaycanlılarla yanaşı piketdə bir neçə başqa dövlətin təmsilçiləri də olub. 2 saatdan artıq davam edən nümayiş zamanı “Monarxiyaya yox!”, “Bəxtiyara Azadlıq!”, “Cabbara Azadlıq”, “Dəyanətə Azadlıq”, “Artıq getmək vaxtıdır”, “Rədd olsun diktator oğlu diktator”, "Azadlıq", "İstefa" kimi süarlar səsləndirən etirazçılar əllərində də oxşar şüarlar yazılan plakatlar tutublar. Nümayiş zamanı Azərbaycanın dövlət himni də səsləndirilib. Nümayişin təşkilatçılarından, AZAD-ın rəhbəri Elmar Şahtaxtinski Amerikanın səsinə başlıca tələblərinin Azərbaycan prezidenti İlham Əliyevin istefa verməsi olduğunu bildirib.

Azərbaycanda etiraz aksiyaları davam edəcəyi təqdirdə, dəstək məqsədi ilə belə nümayişlərin yenidən təşkil ediləcəyini dilə gətirən Elmar Şahtaxtinski ölkədə və xaricdə fəaliyyət göstərən Azərbaycan rəsmiləri nə mesaj da göndərib: "Tarixə nəzər salın, rejimi dəstəkləməkdən əl çəkin. Nə qədər ki, gec deyil, tutduğunuz mövqedən əl çəkin!"

Nümayişin qətnaməsi oxunandan sonra təşkilatçılar səfirliyə qətnamə və onunla yanaşı bir də sabun təqdim etməyə çalışdılar. Səfirlikdən qapını açan olmadı.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter