English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

سایین محمود بیلگین(گادپ تشکیلاتی نین سوزچوسو) آذوح لا موساهیبه سی

Sayın Mahmut Bilginin(GADP təşkilatın sözcüsü) AZOHla musahibesi:

1- Təxribatı necə tərif edirsiniz? Tənqıdlə təxribatın  fərqi nədir?

Təxribat alçaq dağıdıcı bir düşüncə və eyləmsəl metoddur ki, çeşidli böhtanlar , qarayaxmalar, çamır atmalar , iftira və şantaj taktıklərə dayanaraq öz istəklərin hayata keçirmək  deməkdir.

Başqa sözlə desek təxribat  yaradıcı və sağlam düşünürlərin anti –tezidir. Yaradıcı qüvvə,  siyası –ictimai alanlarda toplumda deyişikli  düşüncə tərzinə olumlu yanaşaraq milli gücün potensiyalin genişlənməsi  və aktiv quvvənin taşkilatlanma və birlik yönətimi  üçün çalışar ,  taxribatçı və dağıdıcı güc isə  yalnız özünü asas tutaraq rəqiblərini her türlü əxlaqsız yollarla ortadan qaldırmağı düşünər.

Böğüntülü və geri qalmış ölkələrdə dövlət  və millət içində təxrib, tanınmış metod və taktik kimi qullanılması bir normaya çeviriler.

Tənqıd yaradıcılıq və irəliləmə yolların araşdırmaq üçün düsünərlər  və deyişikli  düşüncələr  içində an lazım olan aracdır , buda yalnız plüralızm , açıqlıq və ələniyyət ortamında öz varlığını qoruya bilər.

Tənqidsiz,  demokrası və irəliləmə yaranmaz . Örgütlərdə ya hər toplumda tənqid imkanı olmursa o örgüt  və ya toplum çürüməyə və diktatorluğa məhkumdur .

Batı və gəlişmiş ölkələrdə insan və toplum təxribi cürm sayılar tanqıd isə bir haqq.

Təxrib ,dağıdıcı ,diktatorluğa və yırtıcı qüvvələrin qulluğunda olarkən tənqid irəliləmə və demokrası üçün en önəmli aracdır.

2- Plüralızm və təxribatın nə əlaqəsi var? Təxribat olmasın şuari ilə plüralızmın qabağını almağa necə baxırsınız?

Plüralızm insan haqları ilə yanaşı yeni çağın əldə ədilmiş ən önəmli dəyərlərindəndir.Demokrasının təməl daşıdır. Təxribat isə əski çağdan  bugünədək   diktatorluq və geri qalmış insan və toplum içində çirkin xəstəlikdir.

Plüralızm,deyişikli düşüncələrə  dayanaraq, örgütün ya toplumun içində mədəni və qanun- qaydalar çərçəvəsində bir millətin yaşam tərzini və insanlar arası ilişgiləri dərindən etgiləyir, fikir dıaloqun asas qötürərək toplumun enerjisinin önün açır və bir ölkənin davamlı gəlişlənməsinin və irəliləməsinə imkan yaradır. Təxrib bir kişi ya qrupun əxlaqdışı davranışları ilə insan və toplumun  gücünün önün alir və her şeyi öz qulluğuna çevirmək istəyir və etiraz edənləri  hədə- qorxu gələrək etkisiz hala gətirməyə çalişir.

Plüralızm və təxribat iki deyişikli metod olaraq bir –biri ilə qarşı –qarşıyadir.Plüralizm prinsiplər   əsasi ilə fikir döyüşünə imkan yaradaraq düşüncənin genişlənməsin saxlayar, təxrib özündən başqasın əzmək istəyər.

Təxribatçı çirkin düşüncəsin çeşidli yollarla hayata keçirdər .İlk öncə açıq basqı, təhdid və yaxud ifşa etmek adı ilə qarşı qüvvəni etkisiz etmeyə çalışar, sonra digər gücləri onun otoritəsin və hegemonluğun qəbullandırmağa çalışar,sonunda başarılı olmasa  plüralızmın önün almaq üçün  toplumun birliyin bəhanə edərək populisti hərəkətlərlə deyişikli gücləri  ortadan qaldırmağa çalışar .

3. Milli hərəkətdə təxrib varmı?. Təxriblərin nədəni nədir?. Haradan qaynaqlanr təxriblər?

Iranda hər qurum və quruluş varlıq,azadlıq və demokrası üçün mucadilə edə, içdən və dışdan təxribata məruz qalar.GAMH bölgəmizdə İran rejiminə qarşı ciddi alternativ olduğu üçün şiddətlə təxribata məruz qalıb..Özəlliklə İranda və bölgədə Güney Azərbaycan Milli Hərəkatında olan potansial və qabıliyyətlər şovinizmi,terorizmi və daşnakları yahatsız etmişdir. Bu irticai və irqçı güclər bizim milli demokratik hərəkatımızın qarşısında biganə qala bilməzlər.

GAMH-da millətçilər düşmən qüvvələr ilə vasitəsiz qarşı -qarşıya olduqları üçün, iç təxribat az gözə görünər ,ancaq GAMH DQ-da(Güney Azərbaycan Milli Hərəkatının Dış Qolunda) təxribatın əsas gücü dış  təxribatları yanında öz içimizdə olan olumsuz nədənləri də vurğulamaq gərəkir:

1-      Şovinist hakimiyyətlərin etkisi.

Diktatorluq basqısı və davranışı altında yaşamış insan, ailədə,oxulda,iş yerindən tutmuş sivil və siyası quruluşlar içində istibdadın siyası və ictimai acıları,doğal olaraq demokratik ölkələrdə  illər böyü içində yaranmış çirkinlikləri açıq göstərməyə başlar.

2-      Özünə güvənsizlik.

Özünə güvənən, fikir və mənliyin qorumaq üçün,kimsələri əzmə ya həzf etməyi gərəksiz bilər.Təxribatçı qarayaxmalar, çamır atmalar , iftira və şantajla özün tanıtdırmağa və qəbullandırməyə çalışar.

3-       Başqa ideolojilərin etkisi altında qalmaq.

DQ-un  90 faizindən çoxu (orta yaşı 50- dən fazla) İran bütövlüyünü qörüyan irqçı idelojilər etkisində qalmış təşkilatların üyələrindən olmuşdurlar.Bu güc o idelojilərin içində olan geri qalmış ilişkilər və düşüncələrin(örnək olaraq xalq mücahıd təşkilatı,solçular və .s..), təxribat etkisindən hələ özün qurtaramamışdir.

4-      Öz çıxarların millətdən üstün tutanlar.

Öz şəxsi və ya qrup çıxarların milli çıxarlardan üstün tutanlar və liderlik xəstəliyinə alışanlar. Dışarıdan milli hərəkatı diktatorluq metodları ilə  rəhbərlik etmək düşüncəsi ilə hər kəs məndən deyil düşməndir deyə çoxlu təxribata əl atmış və atmaqdadırlar.

5-      Milli idelojinin mahiyyətini düşünməmək.

Milli idelojinin və milli hərəkata yalnız gündəlik siyas çıxarlar doğrusunda yanaşmaq .milli herekatin Azərbaycançılıq və Türkçülüq qanadlarını yalnız Azərbaycançılıqda görərək və Azərbaycançılığı yalnız Güney Azərbaycanda görməklə hərəkatda güclər arası təxribata imkan yaratmaq(örnək olaraq  Qarabağ bizim məsələmiz deyil ,və ya Musevi –Kərrubi rəhbərliyinde yaşıl hərəkata qatilmaq və.s..)

6-  Psixoloji xəstəlikləri.

Minlər umidlə çoxlu eyitim almış insanlar İran diktatorluğundan qaçıb azad ölkələrdə gözəl xəyalarına çatmayanda ruhsəl problemlərlə qarşı -qarşıya gəlirlər və beləliklə özləri fərqində olmadan çoxlu yersız şiddətli qarşı durmalar yaradırlar.

7-   Ve . . .

4- Təxriblərin olmaması və yox olması yolu nədir?

Bildiyimiz kimi təxribatın qaynağı çeşidlidir , bir bölümü bizdən asılı deyil ,örnək üçün  Fars şovinizminin  yaraddığı taxribatlar və ya içimizdə olan pisixolojik və mənəmlik xəstəliyi yox olması imkansızdır.Ancaq bir sıra təxriblər  təşkilat təcrübəsizliyindən , plüralizm və deyişikli fikir düşüncələrin qəbul etməməkdən, bir başa bilgisizlikdən yaranan taxribatlardir, dialoq və sağlam bir ortamda intiqad səviyyəsinə qaldırıla bilər.

Bu arada təxribatın əsas gücü özün GAMH DQ-da göstərdiyi üçün  ,təxribatın şiddətin azaltmağın yalnız yolu,GAMH DQ-u əsas qonularda İstiqlal –Federal davası,silahlı və ya silahsız mücadilə,rəhbəriyyət ,bayraq və .s.. qonularda Güney Azərbaycandan dışarıda yaşayan milli siyası güclər GAMH-in içəri gücünün istəklərini və düşüncələrini əsas tutmalı və dışarıda uluslar arası hərəkatın sözçusu və harayçısı olmasın qəbul etsə təxribatın böyük bölümdə önü alınar.

6-      Təxribatlı cevvidən necə milli birliyə çatmaq olar? Təxriblərın bir sırası iştibarlardir ki üz veribdir və şəxslərin niyyətləri tənqidiymiş. Bu təxribləri bağışlamaq ve birligə getməgə necə baxırsız?.Hansı icrayi zəmanət təxriblərin yenidən başlamağına maneə ola bılər?

Dişarida olan təxribatçıların populist şuarlar altında gizlənməklərinə rəğmən özəlliklə bu son iki ildə bir bölümünün iç üzləri açılmışdır və bu dışarıda birgə ortaq çabaların önün açmışdır. Indi isə dışarıda çox saylı milli siyası təşkılatlarımız iş birlikliyi üçün ortaq çabalardadırlar.Yaxın gələcəkdə bu açıq özünü göstərəcəkdir.

15 İldə özəlliklə 2002-dən dışarıda da çox didişmələr və dartışmalar oldu.Millətçilərin çoxunluğu bu olaylardan iryəndilər,sonunda intiqadla təxribin fərqinə vardılar,çoxları siyası düşüncələrində dəyişikliklər etdilər . Bir sıra təşkilatlar və ilişkilər dəyişildi. Bunlar hərəkatımızın dinamıkliyin və aparıcı gücün düşüncəli və demokratik  olduğunun göstəricisidir.

Bu illərdə bilgisizlik əsası ilə olan yanlışlar unuduldu . Bu gün keçmışdə qarşı -qarşıya duranlar bir biri ilə yaxın ilişkidədirlər, ancaq bilgisəl. Axlaqsiz. pisixolojik və mənəmlik xəstəliyi olanlarla sanki heç şey olmayıbmış  kimi davransaq yenidən 15 il bundan öncəyə qayıdarıq və bu ulumsuz bir hərəkat olar.

Özündən intiqad etmək sağlamliq əlamətidir, bir sira pisixolojik və mənəmlik xəstəliyi  olanlar qardaşlıqların qöstərmək üçün yıxdiqlari körpüləri açıqlamaları gərəkir ki, yenidən əski hamam ,əski tas olmasın deyə üzr istəmələri gərəkir.Belə olursa istədiyimiz sağlam zəmanətdə gələcək daha geniş iş birliyi ilə bağlı eldə edilər .Yoxsa ürək dölü çirklərlə mutləq hamı bir yerdə olsun sonuc verməz .

7-      Son sözünüz.

Güney Azərbaycan Demokrat Partiyası( GADP) təxribat və ona qarşı durmanı hər zaman hərəkatın  önəmli məsələlərindən biri saymış ,təxribata taxribatla cavab verməmişdir, intiqadı taktiklərlə millətçilərin bilgilənməsin zaman içində irəli sürmüşdür, məncə bu başarılı olmuşdur .

Milli qədərimizin bəlirləmə yolunda üç önəmli problem gündəmə gəlmişdir:

1-  Urmu gölünün qurudulması 2.- Fars şovinist rejiminin iç savaşları 3.- Ərəb baharının etkisi. Güney Azərbaycanın içində və dışında milli siyası aktivlərimizdən uzlaşma yaxınlaşma və məqsədyönlü iş birliyi tələb edir.Bu tarixi şansı düz dəyərləndirməsək gələcək nəsillər bizi bağışlamayacaq,çoxunluluğu əsas tutaraq Güney Azərbaycanın Milli Birlik Cəbhəsinin yaranmasına çox güvənirəm.

Azərbaycan Öyrənci Hərəkatı (AZOH) hər zaman GAMH-ın başarılı qolu olmusdur.AZOH-a qarşımızda olan proseslərdə başarılar diləyirəm.

GADP sözçüsü Mahmud Bilgin

2011.11.14

سایین ماهمید بیلگی‌نین(گادپ تشکیلاتی نین سوزچوسو) آذوح لا موساهیبه سی:

1- تخریباتی نئجه تعریف ائدیرسینیز؟ تنقیدله تخریباتین  فرقی ندیر؟

تخریبات آلچاق داغیدیجی بیر دوشونجه و ائیلمسل مئتوددور کی، چئشیدلی بؤهتان‌لار ، قارایاخما‌لار، چامیر آتما‌لار ، ایفتیرا و شانتاژ تاکتیک‌لره دایانا‌راق اؤز ایستک‌لرین هایاتا کئچیرمک  دئمک‌دیر.

باشقا سؤزله دئسئک تخریبات  یارادیجی و ساغلام دوشونورلرین آنتی –تئزی‌دیر. یارادیجی قوه،  سیاسی –یجتیمای آلان‌لاردا توپلومدا دئییشیک‌لی  دوشونجه طرزینه اولوم‌لو یاناشا‌راق میللی گوجون پوتئنسیالین گئنیشلنمه‌سی  و آکتیو قوه‌نین تاشکیلاتلانما و بیرلیک یؤنتیمی  اوچون چالیشار ،  تاخریباتچی و داغیدیجی گوج ایسه  یالنیز اؤزونو آساس توتا‌راق رقیب‌لرینی هئر تورلو اخلاق‌سیز یول‌لارلا اورتا‌دان قالدیرماغی دوشونر.

بؤغونتولو و گئری قالمیش اؤلکه‌لرده دؤولت  و میللت ایچینده تخریب، تانینمیش مئتود و تاکتیک کیمی قوللانیلماسی بیر نورمایا چئویریلئر.

تنقید یارادیجی‌لیق و ایره‌لیلمه یول‌لارین آراش‌دیرماق اوچون دوسونرلر  و دئییشیک‌لی  دوشونجه‌لر  ایچینده آن لازیم اولان آراج‌دیر ، بودا یالنیز پلورالیزم ، آچیق‌لیق و النیت اورتامیندا اؤز وارلیغینی قورویا بیلر.

تنقیدسیز،  دئموکراسی و ایره‌لیلمه یارانماز . اؤرگوت‌لرده یا هر توپلومدا تنقید ایمکانی اولمورسا او اؤرگوت  و یا توپلوم چورومه‌یه و دیکتاتورلوغا محکوم‌دور .

باتی و گلیشمیش اؤلکه‌لرده اینسان و توپلوم تخریبی جورم سایی‌لار تانقید ایسه بیر حاق.

تخریب ،داغیدیجی ،دیکتاتورلوغا و ییرتیجی قوه‌لرین قوللوغوندا اولارکن تنقید ایره‌لیلمه و دئموکراسی اوچون ائن اؤنم‌لی آراج‌دیر.

2- پلورالیزم و تخریباتین نه علاقه‌سی وار؟ تخریبات اولماسین شواری ایله پلورالیزمین قاباغینی آلماغا نئجه باخیرسینیز؟

پلورالیزم اینسان حاق‌لاری ایله یاناشی یئنی چاغین الده ادیلمیش ان اؤنم‌لی دیرلرین‌دن‌دیر.دئموکراسی‌نین تمل داشی‌دیر. تخریبات ایسه اسکی چاغ‌دان  بوگوندک   دیکتاتورلوق و گئری قالمیش اینسان و توپلوم ایچینده چیرکین خسته‌لیک‌دیر.

پلورالیزم،دئییشیک‌لی دوشونجه‌لره  دایانا‌راق، اؤرگوتون یا توپلومون ایچینده مدنی و قانون- قایدا‌لار چرچوه‌سینده بیر میللتین یاشام طرزینی و اینسان‌لار آراسی ایلیشگی‌لری درین‌دن ائتگیلییر، فیکیر دیالوقون آساس قؤتوره‌رک توپلومون ائنئرژی‌سی‌نین اؤنون آچیر و بیر اؤلکه‌نین داوام‌لی گلیشلنمه‌سی‌نین و ایره‌لیلمه‌سینه ایمکان یارا‌دیر. تخریب بیر کیشی یا قروپون اخلاقدیشی داورانیش‌لاری ایله اینسان و توپلومون  گوجونون اؤنون آلیر و هئر شئیی اؤز قول‌لوغونا چئویرمک ایستییر و اعتراض ائدن‌لری  حده- قورخو گله‌رک ائتکی‌سیز حالا گتیرمه‌یه چالیشیر.

پلورالیزم و تخریبات ایکی دئییشیک‌لی مئتود اولا‌راق بیر –بیری ایله قارشی –قارشییا‌دیر.پلورالیزم پرینسیپ‌لر   اساسی ایله فیکیر دؤیوشونه ایمکان یارادا‌راق دوشونجه‌نین گئنیشلنمه‌سین ساخلایار، تخریب اؤزون‌دن باشقاسین ازمک ایستیر.

تخریباتچی چیرکین دوشونجه‌سین چئشیدلی یول‌لارلا هایاتا کئچیردر .ایلک اؤنجه آچیق باسقی، تهدید و یاخود ایفشا ائتمئک آدی ایله قارشی قونی ائتکی‌سیز ائتمئیه چالیشار، سونرا دیگر گوج‌لری اونون اوتوریته‌سین و هئگئمونلوغون قبوللاندیرماغا چالیشار،سونوندا باشاری‌لی اولماسا  پلورالیزمین اؤنون آلماق اوچون  توپلومون بیرلیگین بهانه ائده‌رک پوپولیستی حرکت‌لرله دئییشیک‌لی گوج‌لری  اورتا‌دان قالدیرماغا چالیشار .

3. میللی حرکتده تخریب وارمی؟. تخریب‌لرین ندنی ندیر؟. هارا‌دان قایناقلانر تخریب‌لر؟

ایراندا هر قوروم و قورولوش وارلیق،آزادلیق و دئموکراسی اوچون موجادیله ائده، ایچدن و دیش‌دان تخریباتا معروض قالار.گامح بؤلگه‌میزده ایران رئژیمینه قارشی جدی آلتئرناتیو اولدوغو اوچون شدتله تخریباتا معروض قالیب..اؤزل‌لیکله ایراندا و بؤلگه‌ده گونئی آذربایجان میللی حرکاتیندا اولان پوتانسیال و قابیلیت‌لر شووینیزمی،تئروریزمی و داشناک‌لاری یاهات‌سیز ائتمیش‌دیر. بو ارتجاعی و ایرقچی گوج‌لر بیزیم میللی دئموکراتیک حرکاتیمیزین قارشی‌سیندا بیگانه قالا بیلمزلر.

گامح-دا میللتچی‌لر دوشمن قوه‌لر ایله واسطه‌سیز قارشی -قارشییا اولدوق‌لاری اوچون، ایچ تخریبات آز گؤزه گؤرونر ،آنجاق گامح دق-دا(گونئی آذربایجان میللی حرکاتی‌نین دیش قولوندا) تخریباتین اساس گوجو دیش  تخریبات‌لاری یانیندا اؤز ایچیمیزده اولان اولوم‌سوز ندن‌لری ده وورغولاماق گرکیر:

1-      شووینیست حاکمیت‌لرین ائتکی‌سی.

دیکتاتورلوق باسقی‌سی و داورانیشی آلتیندا یاشامیش اینسان، عائله‌ده،اوخولدا،ایش یئرین‌دن توتموش سیویل و سیاسی قورولوش‌لار ایچینده ایستیبدادین سیاسی و اجتماعی آجی‌لاری،دوغال اولا‌راق دئموکراتیک اؤلکه‌لرده  ایللر بؤیو ایچینده یارانمیش چیرکین‌لیک‌لری آچیق گؤسترمه‌یه باش‌لار.

2-      اؤزونه گوون‌سیزلیک.

اؤزونه گوونن، فیکیر و منلیگین قوروماق اوچون،کیمسه‌لری ازمه یا هزف ائتمیی گرک‌سیز بیلر.تخریباتچی قارایاخما‌لار، چامیر آتما‌لار ، ایفتیرا و شانتاژلا اؤزون تانیتدیرماغا و قبوللاندیرمه‌یه چالیشار.

3-       باشقا ایدئولوژی‌لرین ائتکی‌سی آلتیندا قالماق.

دق-اون  90 فایزین‌دن چوخو (اورتا یاشی 50- دن فازلا) ایران بوتؤو‌لوگونو قؤرویان ایرقچی ایدئلوژی‌لر ائتکی‌سینده قالمیش تشکیلات‌لارین اویه‌لرین‌دن اولموش‌دورلار.بو گوج او ایدئلوژی‌لرین ایچینده اولان گئری قالمیش ایلیشکی‌لر و دوشونجه‌لرین(اؤرنک اولا‌راق خالق موجاهید تشکیلاتی،سولچولار و .س..)، تخریبات ائتکی‌سین‌دن هله اؤزون قورتارامامیش‌دیر.

4-      اؤز چیخارلارین میللت‌دن اوستون توتان‌لار.

اؤز شخصی و یا قروپ چیخارلارین میللی چیخارلاردان اوستون توتان‌لار و لیدئرلیک خسته‌لیگینه آلیشان‌لار. دیشاری‌دان میللی حرکاتی دیکتاتورلوق مئتودلاری ایله  رهبرلیک ائتمک دوشونجه‌سی ایله هر کس من‌دن دئییل دوشمن‌دیر دئیه چوخ‌لو تخریباتا ال آتمیش و آتماقدا‌دیرلار.

5-      میللی ایدئلوژی‌نین ماهیتینی دوشونممک.

میللی ایدئلوژی‌نین و میللی حرکاتا یالنیز گونده‌لیک سیاس چیخارلار دوغروسوندا یاناشماق .میللی هئرئکاتین آزربایجانچی‌لیق و تورکچولوق قانادلارینی یالنیز آزربایجانچی‌لیقدا گؤره‌رک و آزربایجانچی‌لیغی یالنیز گونئی آذربایجاندا گؤرمکله حرکاتدا گوج‌لر آراسی تخریباتا ایمکان یاراتماق(اؤرنک اولا‌راق  قاراباغ بیزیم مسئله‌میز دئییل ،و یا موسئوی –کرروبی رهبرلیگیندئ یاشیل حرکاتا قاتیلماق و.س..)

6-  پسیخولوژی خسته‌لیک‌لری.

مین‌لر اومیدله چوخ‌لو ائییتیم آلمیش اینسان‌لار ایران دیکتاتورلوغون‌دان قاچیب آزاد اؤلکه‌لرده گؤزل خیا‌لارینا چاتمایاندا روهسل پروبلئم‌لرله قارشی -قارشییا گلیرلر و بئله‌لیکله اؤزلری فرقینده اولما‌دان چوخ‌لو یئرسیز شدت‌لی قارشی دورما‌لار یارا‌دیرلار.

7-   و . . .

4- تخریب‌لرین اولماماسی و یوخ اولماسی یولو ندیر؟

بیلدیگیمیز کیمی تخریباتین قایناغی چئشیدلی‌دیر ، بیر بؤلومو بیزدن آسی‌لی دئییل ،اؤرنک اوچون  فارس شووینیزمی‌نین  یاراددیغی تاخریبات‌لار و یا ایچیمیزده اولان پیسیخولوژیک و منم‌لیک خسته‌لیگی یوخ اولماسی ایمکان‌سیزدیر.آنجاق بیر سیرا تخریب‌لر  تشکیلات تجروبسیزلیگین‌دن ، پلورالیزم و دئییشیک‌لی فیکیر دوشونجه‌لرین قبول ائتممک‌دن، بیر باشا بیلگی‌سیزلیک‌دن یارانان تاخریبات‌لاردیر، دیالوق و ساغلام بیر اورتامدا اینتیقاد سویه‌سینه قال‌دیریلا بیلر.

بو آرادا تخریباتین اساس گوجو اؤزون گامح دق-دا گؤستردیگی اوچون  ،تخریباتین شدتین آزالتماغین یالنیز یولو،گامح دق-او اساس قونولاردا ایستیقلال –فئدئرال داواسی،سلاح‌لی و یا سلاح‌سیز موجادیله،رهبریت ،بای‌راق و .س.. قونولاردا گونئی آذربایجان‌دان دیشاریدا یاشایان میللی سیاسی گوج‌لر گامح-این ایچری گوجونون ایستک‌لرینی و دوشونجه‌لرینی اساس توتما‌لی و دیشاریدا اولوس‌لار آراسی حرکاتین سؤزچوسو و هارایچی‌سی اولماسین قبول ائتسه تخریباتین بؤیوک بؤلومده اؤنو آلینار.

6-      تخریبات‌لی جئووی‌دن نئجه میللی بیرلییه چاتماق اولار؟ تخریب‌لرین بیر سیراسی ایشتیبارلاردیر کی اوز وئریب‌دیر و شخص‌لرین نیت‌لری تنقیدیمیش. بو تخریب‌لری باغیشلاماق و بیرلیگه گئتمگه نئجه باخیرسیز؟.هانسی ایجرایی زمانت تخریب‌لرین یئنی‌دن باشلاماغینا مانعه اولا بیلر؟

دیشاریدا اولان تخریباتچی‌لارین پوپولیست شوارلار آلتیندا گیزلنمک‌لرینه رغمن اؤزل‌لیکله بو سون ایکی ایلده بیر بؤلومونون ایچ اوزلری آچیلمیش‌دیر و بو دیشاریدا بیرگه اورتاق چابا‌لارین اؤنون آچمیش‌دیر. ایندی ایسه دیشاریدا چوخ سای‌لی میللی سیاسی تشکیلات‌لاریمیز ایش بیرلیک‌لیگی اوچون اورتاق چابا‌لاردا‌دیرلار.یاخین گله‌جکده بو آچیق اؤزونو گؤستره‌جک‌دیر.

15 ایلده اؤزل‌لیکله 2002-دن دیشاریدا دا چوخ دیدیشمه‌لر و دارتیشما‌لار اولدو.میللتچی‌لرین چوخون‌لوغو بو اولای‌لاردان ایریندی‌لر،سونوندا اینتیقادلا تخریبین فرقینه واردی‌لار،چوخ‌لاری سیاسی دوشونجه‌لرینده دییشیک‌لیک‌لر ائتدی‌لر . بیر سیرا تشکیلات‌لار و ایلیشکی‌لر دییشیلدی. بون‌لار حرکاتیمیزین دینامیکلیگین و آپاریجی گوجون دوشونجه‌لی و دئموکراتیک  اولدوغونون گؤستریجی‌سی‌دیر.

بو ایللرده بیلگی‌سیزلیک اساسی ایله اولان یانلیش‌لار اونودولدو . بو گون کئچمیشده قارشی -قارشییا دوران‌لار بیر بیری ایله یاخین ایلیشکیده‌دیرلر، آنجاق بیلگیسل. آخلاق‌سیز. پیسیخولوژیک و منم‌لیک خسته‌لیگی اولان‌لارلا سانکی هئچ شئی اولماییبمیش  کیمی داورانساق یئنی‌دن 15 ایل بون‌دان اؤنجه‌یه قاییداریق و بو اولوم‌سوز بیر حرکات اولار.

اؤزون‌دن اینتیقاد ائتمک ساغلاملیق علامتی‌دیر، بیر سیرا پیسیخولوژیک و منم‌لیک خسته‌لیگی  اولان‌لار قارداش‌لیق‌لارین قؤسترمک اوچون ییخدیق‌لاری کؤرپولری آچیقلاما‌لاری گرکیر کی، یئنی‌دن اسکی هامام ،اسکی تاس اولماسین دئیه عذر ایستمه‌لری گرکیر.بئله اولورسا ایستدیگیمیز ساغلام زمانتده گله‌جک داها گئنیش ایش بیرلیگی ایله باغلی ائلده ائدی‌لر .یوخسا اورک دؤلو چیرک‌لرله موتلق هامی بیر یئرده اولسون سونوج وئرمز .

7-      سون سؤزونوز.

گونئی آذربایجان دئموکرات پارتیاسی( گادپ) تخریبات و اونا قارشی دورمانی هر زامان حرکاتین  اؤنم‌لی مسئله‌لرین‌دن بیری سایمیش ،تخریباتا تاخریباتلا جاواب وئرممیش‌دیر، اینتیقادی تاکتیک‌لرله میللتچی‌لرین بیلگیلنمه‌سین زامان ایچینده ایره‌لی سورموش‌دور، منجه بو باشاری‌لی اولموش‌دور .

میللی قدریمیزین بلیرلمه یولوندا اوچ اؤنم‌لی پروبلئم گوندمه گلمیش‌دیر:

1-  اورمو گؤلونون قورودولماسی 2.- فارس شووینیست رئژیمی‌نین ایچ ساواش‌لاری 3.- عرب باهاری‌نین ائتکی‌سی. گونئی آزربایجانین ایچینده و دیشیندا میللی سیاسی آکتیو‌لریمیزدن اوزلاشما یاخینلاشما و مقسدیؤن‌لو ایش بیرلیگی طلب ائدیر.بو تاریخی شانسی دوز دیرلندیرمسک گله‌جک نسیل‌لر بیزی باغیشلامایا‌جاق،چوخون‌لولوغو اساس توتا‌راق گونئی آزربایجانین میللی بیرلیک جبهه‌سی‌نین یارانماسینا چوخ گوونیرم.

آذربایجان اؤیرنجی حرکاتی (آذوح) هر زامان گامح-این باشاری‌لی قولو اولموس‌دور.آزوه-آ قارشیمیزدا اولان پروسئس‌لرده باشاری‌لار دیلییرم.

گادپ سؤزچوسو محمود بیلگین

2011.11.14

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter