English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏZZAFİNİN İQAMƏTGAHI VURULDU

AZOH: 3 mərtəbəli bina yerlə-yeksan olub, rəhbərin harada olduğu bilinmir

Liviya lideri Müəmmər Qəddafinin paytaxt Tripolidə, Bab ül-Əziziyyədəki qərargahında, çadırının yaxınlığında yerləşən bir bina koalisiya qüvvələrinin aviasiyası tərəfindən vurulub. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Qərb dövlətlərinin Liviyada həyata keçirdikləri hava hücumu zamanı Qəddafinin rezidensiyasının yerləşdiyi ərazidə 3 mərtəbəli bir bina raketlə vurulub.

Vurulan binanın, Qəddafini çadırında ziyarət edən xüsusi qonaqlar üçün istifadə olunduğu bildirilir. Əməliyyat zamanı Qəddafinin harda olduğunun bilinmədiyi, ancaq həmin ətrafda onun 300 nəfərədək tərəfdarının olduğu deyilir.

Qəddafi rejiminin sözçüsü Musa İbrahim deyib ki, bina həqiqətən də rəhbəri ziyarət edən özəl qonaqlar üçün istifadə olunurmuş və bina tamamən məhv olub.

lent.az

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter