English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TÜRKİYƏ LİVİYA ƏMƏLİYYATINA 5 GƏMİ VƏ BİR DƏNİZALTI İLƏ QATILIR

AZOH: Əhməd Davudoğlu: "Şərtlərimiz yerinə yetirildikdən sonra mövqeyimiz əvvəlki kimi qala bilməzdi" Göndərmə

Türkiyə Liviyaya silah embarqosuna nəzarət edəcən NATO dəniz qüvvələrinə 5 gəmi və bir dəznialtı ilə qatılacaq. Dəniz Qüvvələri komandanı, admiral Uğur İgid iki gəminin hələ Liviya sahillərində olduğunu, iki gəmi və bir dənizaltının da yola çıxdığını söyləyib. "Səlib yürüşü kimi anlayışlarla aparılan əməliyyatın məsuliyyətini bölüşə bilmərik" deyən xarici işlər naziri Əhməd Davudoğlu isə bir tərəfdən NATO-nun fəaliyyət göstərməsini, digər tərəfdənsə paralel olaraq ayrı bir əməliyyatın keçirilməsini doğru saymadıqlarını söyləyib: "Bütün bu fəaliyyətlər bəşəri dəyərlər, BMT prinsipləri və bu dil ətrafında həyata keçirilməlidir. Bölgədə qetbləşdirici dildən istifadə olunmasına da, belə bir qütbləşdirici və tərəf olucu əməliyyatın həyata keçirilməsinə də bütün imkanlarımızla qarşı çıxarıq. Kimsə Türkiyəni bu fəaliyyətlərə mane olan ölkə kimi göstərməməlidir. Bu, yanlış qənaətdir". Türkiyənin mövqeyini dəyişdirdiyinə dair iddialara da cavab verən Davudoğlu bunun doğru olmadığını bildirib: "NATO-nun dövrəyə girməsi üçün iki önəmli məsələyə diqqət çəkdik. Birincisi, BMT Təhlükəsizlik Şurasının qərarıydı, bu oldu. İkincisi isə regional iştirak məsələsiydi, Ərəb Liqasının açıqlamasıyla bu da gerçəkləşdi. Bu iki şərt yerinə yetirildikdən sonra əlbəttə, mövqeyimiz əvvəlki kimi qala bilməzdi".

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter