English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گادپ نین 21 آذر گونو ایله باغلی بیلدیریسی

GADPnın bildirişi

21 Azər Güney Azərbaycan dövlətçilik gününü təbrik edirik

Dəyərli  vətəndaşlar:

Güney Azərbaycan Demokrat Partisi 21 Azər hərəkatının 66cıil dönümü, Güney Azərbaycan dövlətçilik günün  təbrik edərək, Güney Azərbaycanın müqəddəratını öz iradəsi ilə bəlirləmə haqqının yolunda mücadilə aparan millətimizi bir daha dəstəkləyir.

Fars şovinisminin sömürgəçəliyindən qurtarmaq istəyən Güney Azərbaycan xalqı 1945-ci ildə öz milli hökümətini quraraq, zamanın demokrat ölkələri sırasında dəyərlənmək istəyirdi ama irticai İran höküməti dünya güclərinin iş birliyi ilə Güney Azərbaycanı işqal edərək, bəşər tarixinin dəhşətli bir faciəsinə qol çəkdi. Zamanın şərtlərinə baxaraq dünya Azərbaycan millətinin səsini dinləmək istəmədi və elə bu üzdən də o cinayətlər indi də Fars rasismi və onun indi ki varisi olan, iran islan cümhuriyyəti tərəfindən davam etdirilməkdədir. İnsanları asmaq, daşqalaq etmək, ziyalıları terror, işkəncə etmək iran hökümətinin gündəlik işi olmuşdur. Şübhəsiz bu cinayətlərin qarşısını almaq, yalnız millətimizin birgə gücü və dünya kamo oyunun diqqəti və dövlətlərin basqısı ilə mümkündür.

26 Azər (17 Dekabr)soy qirim günü

26 Azər (17 Dekabr) Güney Azərbaycanın işqal olunması və soyqirima məruz qaldığının simbolik günüdür. Fars rasist ordusunun əli ilə qətl etdirilən bütün insanlarımızın anısını hörmətlə yad edərək, İnanırıq ki 1946-ci ilinin güney Azərbaycan soyqırımı faciəsinin gərçək böyütlarını dünya ictimaiyyatına çatdıraraq, məhkum edilməsi, bu vəhşiliklərin təkrar olunmasının qarşısın ala biləcək. Bu üzdən Azərbaycan siyası- ictimai quruluşlarından bu məsələnı uluslararası məhkəmələrə daşımaqlarını tələb edirik.

21azər herekatının 66ncı il dönümündə  Urmu golu önəmli  problemlərimizdənir:

Bildiyiniz kimi Güney Azərbaycanın göz bəbəyi Urmu gölü son illərdəki quraqlıq və su qaynaqlarının yanlış yönətimi nədəni ilə ciddi bir ekolojik böhrana giribdirYaxın gələcəkdə minlərcə metrlik duzlaqların yaranılması çevrənin hava dəyişimi  və yelin duzları şəhərlərə sarı dağıda bilməsilə yanaşı, Güney Azərbaycanın torpaqları və mılyonlar insan əkin və iş yerlərindən əl üzüb, döğma torpaqlarından köçmə təhlükəsilə  qarşı qarşıya qalacaqlar.

Dəyərli Milli faalarımız:

Güney Azərbaycanımızın torpağı və insanı 21 azerin 66nci il dönümündə hala istemar altında əsirdir .

Milli azadlığımız üçün önəmli imkanlar yanmaqdadır milli inqilabın dalğaları bütün anti demokrat ve diktator rejimler terefindən idarə olunan Ərəb ölkələrini bürümüş ve bu hökümetlerin həyatını ciddi şəkildə təhlükəyə atmışdır bir çox diktatorlar çökmüş və Ərəb baharı dünya ölkələrinə mohrun vurmuş və vurmaqdadı

Milli qədərimizin bəlirləmə yolunda üç önəmli problem gündəmə gəlmişdir:

1-Urmu gölünün qurudulması 2.- Fars şovinist rejiminin iç savaşları 3.- Ərəb baharının etkisi. Güney Azərbaycanın içində və dışında milli siyası aktivlərimizdən uzlaşma yaxınlaşma və məqsədyönlü iş birliyi tələb edir.Bu tarixi şansı düz dəyərləndirməsək gələcək nəsillər bizi bağışlamayacaq,çoxunluluğu əsas tutaraq Güney Azərbaycanın Milli Birlik Cəbhəsinin yaranmasına önəm verməliyik

Yaşasın 21 Azər Güney Azərbaycan dövlətçilik gününü

Yaşasın milli birlik Cibhəsi

Güney Azərbaycan Demokrat Partisı(GADP)

2011.12.08

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter