English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ban Ki Mun İranda insan haqlarının vəziyyətini tənqid edib

AZOH: Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Moon İranda insan haqları ilə bağlı vəziyyəti öz hesabatında kəskin tənqid edib.

Bugün Cenevrədə, təşkilatın İnsan Haqları Şurasına təqdim olunacaq həmin hesabatda deyilir ki, bu ölkədə amputasiya və daşlanma kimi cəza növləri adi bir haldır və insan haqları naminə fəallar gündəlik olaraq təqiblərə məruz qalmaqdadırlar.

BBC müxbiri İmogen Foulks xəbər verir ki, İranda insan haqları ilə bağlı vəziyyət BMT hesabatında çox solğun rənglərdə təqdim olunur - sənəddə il başlayandan bəri İranda oğurluğa görə qolun kəsilməsi cəzasının tez-tez tətbiq olunduğu göstərilir.

Daşqalaq etmə təcrübəsi həmçinin geniş yayılmış cəza növü qalmaqda davam edir, baxmayaraq ki, İran hökuməti hələ 10 il bundan əvvəl belə cəzalara son qoymağı vəd etmişdir.

BMT hesabatında həmçinin deyilir ki, İranda insan haqları fəalları, hüquqşünaslar və jurnalistlərin təqiblərə və həbslərə məruz qalması halları artmaqdadır.

Ən çox isə, deyilir hesabatda, hiddət doğuran odur ki, hökumət dialoqa çağırışlara məhəl qoymur - BMT ekspertlərinin Tehran hökumətinə məktubları cavabsız qalır; BMT-nin İranda yerli hakimlər, prokurorlar və həbsxanalar rəsmiləri üçün təşkil etdiyi konfransa, demək olar ki, heç kəs gəlməyib, halbuki, hakimlərin əksəriyyəti həmin gün, Tehranın izah etdiyi kimi, havanın çirklənməsi səviyyəsinin artması səbəbindən işə çıxmayıblar.

Gözlənilir ki, bugün Cenevrədə hesabat təqdim olunandan sonra, Birləşmiş Ştatlar insan haqları Şurasından bu sahədə İran üzrə xüsusi təhqiqatçının təyin edilməsini xahiş edəcək.

Çox güman ki, İranın özü belə bir addıma irad tutacaq.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter