English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Freedom House” Qərbi Azərbaycanda qətiyyətli olmağa çağırdı

AZOH: “Freedom House” növbəti hesabatını yayıb. Hesabatda  yazılır ki, enerji ehtiyatları ilə zəngin olan keçmiş sovet respublikalarının çoxunda mülkiyyət hüquqları, müqavilələr üzrə öhdəliklərə sadiqlik, o cümlədən azad bazar prinsipləri haqqında söhbətlər hakim elitada ikrahla qarşılanır. Həmçinin  hesabatında korrupsiyanın demokratiyaya təsirini izah edir- ölkələrin strateji iqtisadi imkanları liderlərin ailə üzvləri, ya da onların ortaqları arasında bölünüb: “Qazaxıstan, Azərbaycan və Özbəkistan kimi ölkələrdə əsas biznes sahələrində çalışanlar ölkə rəhbərliyinə ödənclər etməsələr, onların fəaliyyətləri məhdudlaşdırılır. Qeyd etməyə dəyər ki, Rusiya, Azərbaycan və Qazaxıstan enerji ehtiyatları sarıdan zəngin ölkələrdir. Əlbəttə, başdan-ayağa korrupsiyalaşmış və avtoritar rejimlər həmin pullar hesabına özlərinə təhlükəsizlik və senzura aparatı da yaradırlar” – deyə müəlliflər yazırlar.

Hesabatda daha sonra qeyd edilir ki, Avropa Birliyi və onun demokratik müttəfiqləri, xüsusilə də ABŞ bu problemlərin həllinə tam imkanlıdırlar. Onlar həm yerli demokratik qurumları gücləndirə, həm də Rusiya, Azərbaycan və Qazaxıstan kimi ölkələrlə bağlı siyasətlərində daha qətiyyətli ola bilərlər.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter