Qəddafi Misrata şəhərini və limanını ələ keçirdi
AZOH: Liviya lideri təslim olmaq istəmir, minlərlə xarici ölkə vətəndaşı çətin duruma düşüb
Bu səhər Liviyanın paytaxtı Tripoli koalisiya qüvvələrinin raket və bomba zərbələrinə məruz qalsa da, prezident Müəmmər Qəddafiyə bağlı qüvvələrin hücumunun qarşısını ala bilməyib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, koalisiya qüvvələri dünən Müəmmər Qəddafinin nəzarətindəki qüvvələrin Misrata şəhərinin mərkəzinə doğru irəliləyən tankların geri çəkilməsinə nail olsalar da, gecə qaranlığında tanklar yenidən hərəkətə keçib.
Tanklar şəhər mərkəzinə girib, digər tərəfdən isə strateji baxımdan böyük önəm daşıyan Misrata limanını ələ keçirib. Bu limana nəzarətin Müəmmər Qəddafiyə sadiq qüvvələrin nəzarətinə keçməsi ilə Liviyada neft sektorunda çalışan minlərlə xarici ölkə vətəndaşı çətin duruma düşüb.
Bu arada Çin yenidən Liviyanın bombalanmasının dayandırılmasını istəyib. Pekin baş verənlərin bölgədə sabitliyə ciddi mənfi təsir göstərəcəyini vurğulayıb və atəşkəsin elan olunmasını zəruri sayıb.
OLAYLAR