English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

SURİYA QAN GÖLÜNƏ DÖNDÜ

AZOH: Suriyada iqtidar bir tərəfdən islahat vəd edir, o biri tərəfdənsə dinc insanları öldürməyə davam edir. Bu gün Dera şəhərində polisin nümayişçilərə atəş açdığı, ən azı 20 nəfərin öldüyü bildirilir.

Türkiyənin Xarici İşlər Nazirliyi Suriyadakı hadisələrdə insanların öldürülməsinin üzüntü verici olduğunu açıqlayıb.

Nazirliyin yaydığı açıqlamada Bəşər Əsadın təlimatı ilə hadisələrlə bağlı istintaq başladılmasının və həbs olunan insanların azadlığa buraxılmasının müsbət qarşılandığı qeyd edilib.

Siyasi və sosial sahədə islahat çalışmalarının başladılmasının məmnuniyyətlə qarşılandığı bildirilən açıqlamada bu addımların dərhal atılmasının vacibliyi vurğulanıb.

Açıqlamada Türkiyənin Suriyaya hər cür dəstək verməyə hazır olduğu bildirilib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter