English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Müxalifət etiraz aksiyası keçirəcəyini təsdiqləyib

AZOH: Azərbaycan müxalifəti aprelin 2-də hakimiyyətə qarşı kütləvi etiraz aksiyası keçirəcəyini bəyan edib.

Müxalifətçilər deyirlər ki, aprelin 2-də küçə və meydanlara mövcud rejimdən narazı olan bütün insanlar çıxacaq.

Müxalifət partiyalarının cəmləşdiyi İctimai Palatanın iclasında qərara alındı ki, hakimiyyət mitinqə şərait yaratmasa o halda şəhərin düz mərkəzində icazəsiz aksiya keçirləcək.

Müxalifət deyir ki, ölkədə təcili və köklü islahatlar aparılmasa, onda inqilab qaçılmaz olacaq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərmli bildirir ki, aprelin 2-də keçiriləcək mitinqi müxalifətin aksiyası kimi təqdim etmək düzgün olmaz. “Bu, bütün narazı insanların mitinqi olacaq. Ədalət və azad seçki istəyən insanlaırn mitingi olacaq”.

Toplantıda qəbul edilən yekun qətnamədə deyilir ki, Azərbaycan iqtidarı dünyada gedən proseslərdən nəticə çıxarmalı və ərəb rejimlərinin səhvlərini təkrarlamamalıdır.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter