English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Seymur Həziyev döyülüb

AZOH: «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev martın 25-dən, 26-na keçən gecə qaçırılaraq işgəncəyə məruz qalıb.

Seymur Həziyev AzadlıqRadiosuna deyib ki, hadisə gecə saat 00:30-da Ceyranbatanda baş verib.

«Azadlıq» qəzetinin əməkdaşı deyir ki, işdən evə gəlirmiş və hadisə də qəsəbədəki avtobus dayanacaqlarının birində baş verib:

«6 nəfər maskalı şəxs mənə basqın edib başıma torba keçirdi. Məni döyüb, işgəncə verdilər. Döyülmə və işgəncə prosesini de videoya çəkdilər. Mənə dedilər ki, başını aşağı sal yaşa. Hamı bu ölkədə necə yaşayırsa, sən de elə yaşa. Yoxsa daha betər faciələrlə üzləşərsən».

Seymur Həziyev deyir ki, onun küt alətlərlə bədəninə vurublar. Çətin nəfəs alır və indi ona elə gəlir ki, 2 qabırğası batıb. Ancaq hansı xəsarət aldığı ona həkim müayinəsindən keçdikdən sonra bəlli olacaq.

Seymur Həziyev yaxın dəqiqələrdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində mətbuat konfransı keçirmək niyyətindədir.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter